Yaponiya ABŞ-dan F-35A qırıcı təyyarələri alacaq
Tarix: 26.01.2018 | Saat: 13:11:00 | E-mail | Çapa göndər


Yaponiya hərbi hava qüvvələri ilk F-35A qırıcı təyyarəsini qəbul edib
ABŞ-dan alınan beşinci nəsil ilk F-35A çoxməqsədli hərbi qırıcı təyyarəsi Yaponiya hərbi hava qüvvələrinin Hönşü adasının şimal-şərqində yerləşən Misava bazasına qəbul edilib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, təyyarə “Mitsubishi Heavy Industries” şirkətinin Aiçi prefekturasındakı zavodunda yığılaraq hərbi bazaya göndərilib.
Yanvarın 26-da keçirilən mətbuat konfransında müdafiə naziri İtsunori Onodera yeni təyyarələri yüksək qiymətləndirərək deyib: “Qonşu ölkələrin hərbi aviasiya imkanlarını genişləndirdiyi bir vaxtda belə əla hərbi xarakteristikası ilə seçilən belə təyyarələrin alınması böyük əhəmiyyətə malikdir”.
2018-ci il ərzində Misava hərbi bazasına 10 ədəd F-35A qırıcısının göndərilməsi nəzərdə tutulur. Hərbi qırıcılar, ilk növbədə, Şimali Koreya tərəfindən gözlənilən təhlükənin qarşısını almaq məqsədilə həmin bazaya yerləşdirilir.
Ümumilikdə Yaponiyanın ABŞ-dan 42 ədəd F-35A qırıcısı almağı planlaşdırdığı bildirilir. Həmin təyyarələr milli hərbi hava qüvvələrinin gücünü artıracaq. Hazırda həmin qırıcıların yeni modifikasiyalarının alınması məsləsi araşdırılır.
Yerli KİV-lərin yazdığına görə, həmin təyyarələr qısa uçuş zolağından istifadə etmək və vertikal eniş imkanlarına malikdirlər. Belə təyyarələrlə Yaponiya Hərbi Dəniz Qüvvələrinin “İzumo” helikopter daşıyan gəmiləri təchiz ediləcək ki, nəticədə də həmin gəmilər yüngül aviadaşıyıcılara çevriəcək.
Tokio, eyni zamanda, F-35A qırıcıları üçün uzaq məsafəli “hava-yer” qanadlı raketlərinin alınmasını da planlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info