Hindistan və Azərbaycan iqtisadi sahədə əlaqələrin inkişafı üçün əhəmiyyətli addımlar atır
Tarix: 26.01.2018 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Hindistan və Azərbaycan arasında dostluq əlaqələri mövcuddur. İkitərəfli əməkdaşlığın siyasi, iqtisadi, təhsil və mədəni sahələrdə daha da inkişafı üçün mühüm işlər görülür.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib.
İqtisadi və maliyyə məsələlərini müzakirə etmək üçün siyasi məsləhətləşmələrin və Hindistan ilə Azərbaycan arasında hökumətlərarası komissiyanın görüşlərinin mütəmadi olaraq keçirildiyini söyləyən səfir Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın ötən ilin noyabrında Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev ilə görüşündə ikitərəfli əlaqələrin genişləndirilməsi barədə müzakirələrin aparıldığını vurğulayıb: “Əlaqələrimizin geniş məcrada inkişaf etdirilməsi üçün yüksək səviyyəli səfərlərin sayı artırılmalıdır. Hindistan və Azərbaycan iqtisadi sahədə əlaqələrin inkişafı üçün əhəmiyyətli addımlar atır. Ötən il ticarət dövriyyəmizin həcmi 550 milyon ABŞ dolları olub. Bunun 100 milyonu Hindistandan Azərbaycana, 450 milyonu isə Azərbaycandan Hindistana ixrac edilən məhsullardır. Lakin ticarət dövriyyəsi iqtisadi potensialı tam əks etdirmir. Biz nəqliyyat, əczaçılıq, bərpaolunan enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları sahələrində əməkdaşlığımızı daha da genişləndirə bilərik”.
Azərbaycanın Beynəlxalq Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərində məxsusi geosiyasi yerinin olduğunu bildirən Sancay Rana Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının daşınma üçün önəmli mərkəzə çevrildiyini diqqətə çatdırıb: “Hindistan, Azərbaycan, Rusiya və İran birgə Şimal-Cənub nəqliyyat dəhlizini inkişaf etdirməkdədirlər. Bu dəhliz yükdaşımalarda daha uyğun tarif təmin etməklə gömrük prosedurlarının sürətləndirilməsini tənzimləyəcək.
Əsas məqsədimiz qeyri-neft sektorunda əməkdaşlığımızı inkişaf etdirməkdir. Bu sahə Azərbaycan hökuməti tərəfindən müvafiq dəstəyini alıb. Hindistan əczaçılıq sahəsində çox güclüdür. Bizim şirkətlərimiz Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. Azərbaycan hökuməti texnologiyada, aqroparklarda investorlar üçün çoxlu imkanlar yaradır. Hindistan şirkətləri buna maraq göstərir. Hər iki tərəf ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilə üzərində işləyir. Bu, investorların etibarlılığını genişləndirəcək. Biznesmenlər üçün daha əlverişli imkanların yaradılması ilə iki ölkə qarşılıqlı investisiyadan yararlana bilərlər.
Azərbaycanın təşəbbüsü ilə enerji sahəsində həyata keçirilən layihələrin regional enerji təhlükəsizliyi üçün vacibliyini vurğulayan səfir hər iki ölkənin neft sahəsində tərəfdaş olduğunu söyləyib: “Bizim “ONGC Videsh LTD” şirkəti “Azəri-Çıraq-Günəşli” neft yatağında paya sahibdir. Hindistan şirkətləri qaz sahəsində də əməkdaşlığa maraqlıdırlar. SOCAR və “GAIL (India) Limited” maye qazın istehsalı, alışı və nəqli sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar. Hindistan əsas neft və qaz idxalçısıdır. Beləliklə, gələcək illərdə bu sahədə əməkdaşlığımız daha da inkişaf edəcək”.
Hindistan və Azərbaycan xalqlarının sevgi, mehribanlıq və digər ortaq dəyərləri paylaşdığını deyən Sancay Rana ölkəsindən gələn turistlərin Azərbaycan xalqının nə qədər qonaqpərvər olması barədə fikirləri ilə şərik olduğunu vurğulayıb: “Mədəniyyətimiz, mətbəximiz, adətlərimiz əsrlərdən bəri demək olar ki, eyni irsi bölüşür. “Atəşgah” məbədi bizim tarixi əlaqələrimizin əlamətidir. Xalqlarımız arasında əlaqələri gücləndirmək bizim üçün prioritetdir. Biz turistlər üçün gediş-gəlişi daha da asanlaşdırmağın yollarını araşdırırıq. Hindistan və Azərbaycan 2017-ci ildən onlayn viza sisteminə başlayıb. Bu, turistlər üçün daha gözəl imkanlar açır. Ötən il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Hindistandan rəqs və musiqi qrupları Azərbaycana gəlib”.
Hindistanda təhsilin faydalarından yararlanmağın əhəmiyyətindən danışan diplomat səfirliyin internet səhifəsində müntəzəm olaraq təqaüd proqramlarının yerləşdirildiyini söyləyib: “Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində gənc mütəxəssislər üçün təqaüdlər mövcuddur. İqtisadi Əlaqələr üzrə Hindistan Şurası azərbaycanlı tələbələr üçün tam ödənilmiş təqaüdlər təklif edir. Azərbaycanlı tələbələri bu təqaüdə müraciət etməyə çağırırıq. Təqaüd üçün son müraciət tarixi fevralın 28-dir”.




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Daşkənddə Respublika Günü münasibəti ilə qəbul keçirilib
27.05.2019
Misirdə Respublika Günü qeyd olunub
26.05.2019
Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib
26.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info