Tərtərdə 390 nəfər işlə təmin edilib
Tarix: 26.01.2018 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Tərtər rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon Məşğulluq Mərkəzindən  bildirilib ki, 2017-ci ildə mərkəzə müraciət edən 1406 nəfər iş axtaran vətəndaşdan 390-ı, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 20 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Vətəndaşlar əsasən rayonda aparılan tikinti və təmir işləri, qaz istismar və kommunal təsərrüfat sahələrində işlə təmin olunublar.
Bu dövrdə 20 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 72 nəfərə işsizlik müavinəti təyin olunub. Oktyabr ayında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən “Əmək yarmarkası”nda 50 vətəndaş işə düzəlib.
Rayonda yeniyetmə və gənclərin düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümü tədbirlərin keçirilməsi də diqqətdə saxlanılır. Rayonun ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə əmək bazarındakı mövcud vəziyyət, yüksək tələbat olan peşələr, gənc nəslin təlim-tərbiyəsi, həyata hazırlanması, onların maraqlarını müəyyən edərək, yaşadıqları bölgənin əmək bazarında daha çox tələb olunan peşələri seçməkdə istiqamətləndirilməsi barədə müzakirələr aparılıb.
Tərtər rayonunda Prezident İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar, özünüməşğulluq proqramı çərçivəsində rayonda işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatı işləri də uğurla həyata keçirilir. Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 18 nəfər işsiz və işaxtaran şəxsə aktivlər verilib. Vətəndaşlar verilmiş aktivlər hesabına əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info