Naxçıvanda Güləş Federasiyasının yetirmələri ötən ili uğurla başa vurublar
Tarix: 26.01.2018 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının “2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Güləş Federasiyasının sədri Azər Zeynalov Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görüldüyünü, gənclərin fiziki və mənəvi hazırlığının, onların asudə vaxtlarının səmərəli təşkilinin diqqət mərkəzində saxlanıldığını bildirib. Yaradılmış idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri, idmanın inkişafına göstərilən dövlət qayğısı gənclərin idmana marağını artırıb, istedadlı idmançıların yetişməsini təmin edib. Hazırda muxtar respublikada 12 idman federasiyası fəaliyyət göstərir ki, onlardan da biri Güləş Federasiyasıdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası 16 il bundan əvvəl – 2002-ci ildə yaradılıb. Ötən müddətdə federasiya tərəfindən güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülüb. Hazırda federasiyanın tərkibində yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələrdə qruplar fəaliyyət göstərir.
Azər Zeynalov qeyd edib ki, Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Sədərək rayonlarında yaradılan bölmələrdə, ümumilikdə, 95 qrupda 1258 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edir. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən muxtar respublika, şəhər və rayon birincilikləri və çempionatları təşkil olunub, yarışların qalib və mükafatçılarına diplom və hədiyyələr verilib. Həmçinin idmançıların müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakları təmin edilib.
Federasiya idmançılarının iştirak etdiyi yarışlar barədə məlumat verən Azər Zeynalov vurğulayıb ki, 2017-ci ildə güləş idman növləri üzrə idmançılar 2 beynəlxalq, 2 respublika turniri, 4 Azərbaycan birinciliyi, 2 muxtar respublika birinciliyində, milli və dövlət bayramları ilə əlaqədar 19 daxili birincilikdə iştirak ediblər.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2017-ci ildə görülən işlər və keçirilən yarışlar barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov isə çıxışında vurğulayıb ki, güləş idman növü ötən il Naxçıvan Muxtar Respublikasının idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində olub. Nazirlik Güləş Federasiyası ilə birgə sərbəst güləş, yunan-Roma, cüdo və sambo idman növlərinin inkişaf etdirilməsi və idmanın bu sahəsi üzrə kütləviliyin təmin olunması məqsədilə çoxsaylı tədbirlər həyata keçirib. Ötən il Naxçıvan güləşçiləri respublika və beynəlxalq miqyaslı turnirlərdən fərdi qaydada 8 mükafat əldə ediblər ki, bunların da üçü birinci yerdir. Eyni zamanda, 2017-ci ilin fevral ayında İran İslam Respublikasının Urmiya şəhərində keçirilmiş beynəlxalq turnirdə komanda hesabında qazanılan qələbə də ötən ilin idman uğurları sırasındadır.
Güləş Federasiyasının sədri Azər Zeynalov 2018-ci ildə görüləcək işlərlə bağlı tapşırıqlar verib. Bildirilib ki, federasiya fəaliyyətini daha da gücləndirməli, federasiyanın 2018-ci il üçün tədbirlər planında nəzərdə tutulan tədbirlərin icrası vaxtında təmin edilməli, idmançıların ölkə və beynəlxalq yarışlara hazırlıq səviyyəsi artırılmalı, güləşin bütün növləri üzrə yarışlar keçirilməlidir. Tanınmış məşqçilərin muxtar respublikaya dəvət edilməsi, burada seminar və məşğələlər keçirmələri diqqətdə saxlanılmalıdır. Federasiyanın bölmələri fəaliyyətlərini gücləndirməli, gənclərin bölmələrə cəlbi, eləcə də bölmələrarası güləş yarışlarının keçirilməsi təmin edilməlidir. Yarışlarda yüksək nailiyyətlər əldə edən idmançılar həvəsləndirilməlidir.
Sonda federasiya sədri iclasa yekun vuraraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası 2018-ci ildə də fəaliyyətini muxtar respublikada güləş idman növünün inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində quracaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info