Türkiyədə “Azərbaycan Mədəniyyəti Gecəsi” keçirilib
Tarix: 26.01.2018 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


“Odlar Yurdu” Gənclər İctimai Birliyi Türkiyənin Düzcə şəhərində “Erasmus Plus” proqramı çərçivəsində “Hayat Boyu Öğrenimi Destekleme” Dərnəyi tərəfindən həyata keçirilən, sosial media kampaniyalarına həsr olunmuş beynəlxalq layihənin tərəfdaşı olub. Ümumilikdə 7 gün müddətində (14-21.01.2018) davam edən layihədə Albaniya, Azərbaycan, Bolqarıstan, Latviya, Makedoniya, Rumuniya, Slovakiya, Tunis, Türkiyə və Yunanıstandan 40 nəfər gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edib. Azərbaycan 4 nəfərlik nümayəndə heyyəti ilə təmsil olunub.
Türkiyə Cümhuriyyəti Avropa Birliyi Nazirliyinin təşkilatçılığı ilə Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində baş tutan layihənin əsas məqsədi gənclərin diqqətinə sosial media kampaniyalarının əhəmiyyətini çatdırmaq, onlar arasında bu istiqamətdə fikir mübadiləsi aparmaq, gənclərin sosial media kampaniyaları hazırlaması istiqamətində bacarıqlarının inkişaf etdirilməsinə xidmət etmək idi.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova agentliyimizə bildirmişdir ki: “Bu səpkidə olan beynəlxalq layihələrdə formatından asılı olmayaraq, istər təlim kursu istərsə də gənclər mübadiləsi proqramı olsun, ənənəvi olaraq ölkələrin “mədəniyyət gecələri” keçirilir. Tərəfdaşı olduğumuz bütün bu kimi layihələrdə ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Sayca 17-ci olan beynəlxalq layihəmizdə də “Azərbaycan Mədəniyyət Gecəsi”nə xüsusi hazırlamışdıq. Tariximiz, uğurlarımız, mədəniyyətimizdən mümkün olduğu qədər geniş məlumat verməyə çalışdıq. Layihə iştirakçılarının təəssüratları çox yüksək idi”
Məlumat üçün bildirək ki, “Hayat Boyu Öğrenimi Destekleme” Dərnəyi ilə “Odlar Yurdu” gənclər İctimai Birliyi artıq 3-cü dəfə idi ki, “Erasmus +” çərçivəsində əməkdaşlıq edirdi. Bu səbəbdən də birliyin sədri Nigar Ələsgərova dərnəyin prezidenti İlyas Ayyıldıza uğurlu əməkdaşlıqdan dolayı “təşəkkürnamə” təqdim etmişdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info