Polis veteranlarının təcrübəsindən geniş istifadə edilir
Tarix: 26.01.2018 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Hazırda polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir. Onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, paytaxtda da polis veteranları bilik və bacarıqlarını gənc əməkdaşlarla bölüşürlər.
Bu il Səbail Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvləri ümumtəhsil məktəblərində, liseylərdə və kolleclərdə gənclərin vətənpərvər ruhda böyümələri, zərərli vərdişlərə, narkomaniyaya və radikal dini qurumlara qoşulmalarının qarşısının alınması məqsədi ilə şagirdlərlə 52 görüş keçirib və maarifləndirici söhbətlər aparıblar. Onlar cinayətkarlıqla mübarizədə də səylərini göstəriblər və ötən il rayon ərazisində 138 cinayətin açılmasında yaxından iştirak ediblər.
Rayon polis idarəsinin Veteranlar Şurasının sədri Məmməd Qədimov əminliklə bildirib ki, veteranların mütəmadi olaraq gənclərlə bir araya gəlmələri gələcək xidməti uğurlara yol açır.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info