Beynəlxalq şirkətin nümayəndələri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”də olublar
Tarix: 26.01.2018 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Dənizdə insan həyatının mühafizəsi və quru yük gəmilərinin təhlükəsiz daşıma əməliyyatları sahəsində fəaliyyət göstərən “Columbia Shipmanagement Ltd” beynəlxalq şirkətinin nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (AXDG) olub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən  bildirilib ki, gəmiçiliyin rəhbərliyi ilə görüşdə qonaqlara “AXDG” QSC-nin fəaliyyətini əks etdirən təqdimat nümayiş edilib.
Görüşdə “Columbia Shipmanagement Ltd” şirkəti tərəfindən “AXDG” QSC-nin xidmətlərindən istifadə olunması, o cümlədən gəmiçiliyin Təlim Tədris Mərkəzində əcnəbi dənizçilər üçün təlimlərin təşkili, həmçinin Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlığın istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Şirkətin sədri Henrix Şuller ikitərəfli əməkdaşlığın artan xətt üzrə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın qədim dənizçilik ənənələrinə və gəmiçilik sahəsində güclü potensiala malik olduğunu diqqətə çatdıran “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev rəhbəri olduğu qurumun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.
Daha sonra xarici şirkətin nümayəndələri Bakı Gəmiqayırma Zavodunda olublar. Qonaqlara zavodun istehsal gücü haqqında məlumat verilərkən bildirilib ki, regionun ən böyük gəmiqayırma müəssisəsi Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Koreya Respublikası və Sinqapurda yüksək standartlar səviyyəsində istehsal olunan avadanlıqlarla təchiz edilib. İstehsal prosesində metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunur. Hazırda müəssisədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə imzalanan müqavilələrə uyğun olaraq, iki “RoPax” tipli unikal gəmi-bərənin və iki neft tankerinin tikintisi uğurla davam etdirilir.
Həmçinin zavodda inşa edilən gəmilərin, o cümlədən dünyada unikal hesab olunan “Xankəndi” gəmisinin tikintisi prosesini əks etdirən videoçarx da nümayiş olunub. Bildirilib ki, bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.
“Columbia Shipmanagement Ltd” beynəlxalq şirkətinin nümayəndə heyəti “AXDG” QSC-nin Təlim Tədris Mərkəzinə də baş çəkiblər. TTM-nin müasir standartlara cavab verən təlim hovuzuna baxış keçirilib. Hovuz “Bütün dənizçilər üçün ilkin hazırlıq və təlimat” məşğələlərin keçirilməsi üçün nəzərdə tutulub. Mərkəzdəki müasir trenajor və simulyator otaqları ilə də yaxından tanış olan qonaqlara bildirilib ki, hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır. Dinamik Mövqe Saxlama Simulyatoru dənizçilərin bilik və bacarıqlarının yoxlanılması üçün istifadə olunan sınaq məşğələ trenajorudur. Məlumat üçün bildirək ki, “Columbia Shipmanagement Ltd” 30 ildən artıq dənizdə insan həyatının mühafizəsi və quru yük gəmilərinin təhlükəsiz daşıma əməliyyatları, həmçinin gəmi heyətinin idarəedilməsi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Dünyanın bir çox ölkəsində nümayəndəlikləri olan şirkət ətraf mühitin qorunmasına da xüsusi diqqət ayırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info