ƏƏSMN-nin sosial şəbəkədəki səhifəsində 2173 müraciət cavablandırılıb
Tarix: 26.01.2018 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətlə əlaqələrin təşkilində və ictimai məlumatlandırmada sosial şəbəkələrdən istifadəyə də xüsusi əhəmiyyət verilir. Son bir ildə həyata keçirilən tədbirlər barədə hazırlanmış 400-dən çox məlumat aidiyyəti foto və video materiallarla birlikdə nazirliyin rəsmi Facebook səhifəsində yerləşdirilib. Hazırda həmin səhifənin izləyicilərinin sayı 43 mindən çoxdur və bu, mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəricilərdən biridir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, rəsmi Facebook səhifəsi vasitəsilə vətəndaşların müvafiq sahələrlə bağlı müraciətlərinə cavablar da verilir. Ötən il həmin səhifədə vətəndaşların 2173 müraciətinin cavablandırılması təmin edilib. Edilən müraciətlərin 61,6 faizi sosial təminat növləri, 8,8 faizi məşğulluğun təminatı, 7,5 faizi əlillərin tibbi-sosial ekspertizası və reabilitasiyası, 5 faizi əmək qanunvericiliyi, qalan hissəsi isə nazirliyin səlahiyyət dairəsinə aid digər məsələlərlə əlaqədar olub. Böyük əksəriyyəti sorğu xarakteri daşıyan həmin müraciətlər nazirliyin aidiyyəti bölmələrinin məsul əməkdaşlarının iştirakı ilə vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericiliyə uyğun şəkildə cavablandırılıb.
Youtube kanalında isə 2017-ci il ərzində nazirliyin tədbirləri ilə əlaqədar 100-ə yaxın videosüjet yerləşdirilib. Ötən il nazirliyin İnstagram səhifəsi də fəaliyyətə başlayıb. Həmçinin nazirliyin Twitter hesabı daimi olaraq yenilənir.
Qeyd olunan sosial şəbəkələrə girişi daha da asanlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) onlara birbaşa keçid linkləri də yaradılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info