İşəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini bu barədə xəbərdar etməlidir
Tarix: 26.01.2018 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Gəncə şəhərində “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Xidmətin 21 saylı region (Gəncə şəhəri, Samux və Göygöl rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisində fəaliyyət göstərən işəgötürənlərin iştirak etdiyi tədbirdə işçilərin əmək funksiyalarını yerinə yetirmələri üçün əmək şəraitinin təmin edilməsi ilə bağlı əmək qanunvericiliyindən irəli gələn tələblər diqqətə çatdırılıb. Qeyd olunub ki, işçilər üçün əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlər əməyə görə haqqın miqdarının, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsini, əmək haqqının ödənilməsini, sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin formalaşdırılmasını təmin etməlidirlər. Həmçinin bu sahədə işəgötürənlərin vəzifələrinə işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi və s. daxildir.
Bununla yanaşı, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlərin öz imkanları hesabına Əmək Məcəlləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraiti şərtlərindən daha yüksək əlavə şərtlər (əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği və s.) müəyyən etmək hüququ da vardır. Belə əlavə şərtlərin dairəsi, onların qüvvədə olma müddəti, istifadə qaydaları, onların dəyişdirilməsi işəgötürənlərlə işçilərin qarşılıqlı razılığı əsasında müəyyən olunur. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin hüquqi əsaslarından da bəhs olunaraq vurğulanıb ki, işəgötürən əmək şəraitinin şərtlərini (əmək şəraitinin əlavə şərtlərindən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir.
Tədbir zamanı işçinin əmək funksiyası, əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi, başqa işə keçirmə, habelə işəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə, başqa işçinin əmək funksiyasının icrası və s. ilə əlaqədar qanunvericilikdən irəli gələn prinsiplər barədə də ətraflı məlumatlar verilib.
Seminar formatında təşkil olunan tədbir zamanı iştirakçıların əmək şəraitinin şərtlərinin və əmək funksiyasının dəyişdirilməsi, işçinin iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməsi, mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi və s. ilə bağlı sualları da cavablandırılıb. İştirakçılara əmək şəraiti, əmək funksiyası, onların tətbiqini tənzimləyən hüquq normaları barədə maarifləndirici bukletlər də təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin islahatları təqdirəlayiqdir”
13.12.2018
3038 vərəsəyə birdəfəlik ödəniş həyata keçirilir
13.12.2018
Şəhid hərbi qulluqçulardan 1115-i üzrə 1509 vərəsəyə də birdəfəlik ödəmə veriləcək
12.12.2018
52 rayon və şəhərdə işəgötürənlərin məlumatlandırılması məqsədi ilə dəyirmi masalar keçirilib
11.12.2018
Azərbaycanda övladlığagötürmə sahəsində idarəetmə sistemi təkmilləşdirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info