Qaliblər mükafatlandırılıb
Tarix: 26.01.2018 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Bu gün Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib. 
 
APA-nın məlumatına görə, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqəyə 35 yazının təqdim edildiyini bildirib. 
 
Müsabiqədə I yer üçün bir, II yer üçün iki və III yer üçün üç qalib müəyyənləşdirilib. V. Səfərli I yerin qalibi üçün 1000 manat, II yerin qalibləri üçün 600 manat, III yerin qalibləri üçün 600 manat mükafatın nəzərdə tutulduğunu qeyd edib. Digər yazı müəlliflərinin hər birinə həvəsləndirici mükafat - 100 manat və Müəllif Hüquqları Agentliyinin fəxri diplomunun verilməsi qərara alınıb. 
 
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Agentliyin fəaliyyəti barədə geniş məlumat verib, jurnalistlərə müəlliflərin hüquqlarının müdafiəsi sahəsində fəal olmağa çağırıb.  
 
Milli Məclisin komitə sədri Siyavuş Novruzov Azərbaycanda mətbuata həmişə diqqət göstərildiyini, jurnalistlərin mənzil-məişət, qəzetlərin maddi texniki-durumun yaxşılaşdırılması istiqamətində addımlar atıldığını söyləyib. S. Novruzov da jurnalistləri müəllif hüquqlarının müdafiəsi sahəsində fəal olmağa çağırıb.  
 
Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra qaliblər mükafatlandırılıb. 


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info