Səlim Çələbi: “BANM beynəlxalq standartları öz fəaliyyətində uğurla tətbiq edir”
Tarix: 26.01.2018 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Türk Standartları İnstitutunun (TSİ) nümayəndə heyəti Bakı Ali Neft Məktəbinin (BANM) fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu qiymətləndirmək məqsədilə yanvarın 23-dən 26-dək monitorinq aparıb.
BANM-dən bildirilib ki, TSİ-nin nümayəndələri ISO 9001-2015 və ISO 14001-2015 standartlarının yeni versiyasına keçidlə, o cümlədən OHSAS 18001 beynəlxalq standartının yenidən sertifikatlaşdırılması ilə əlaqədar audit prosesini həyata keçiriblər. Audit prosesinin yekun tədbirində BANM-in rektoru Elmar Qasımov, TSİ-nin baş auditoru Gülhan Yüzereroğlu, TSİ-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Səlim Çələbi, maliyyə üzrə baş menecer Namiq Həsənov, baş mütəxəssis Xatirə Salahova iştirak ediblər.
Elmar Qasımov bildirib ki, BANM indiyə kimi TSİ-nin ISO 9001 “Keyfiyyət idarəetmə sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 "Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər" sertifikatlarını əldə edib və həmin standartların tələblərini müvafiq qaydada yerinə yetirir. Rektor bu kimi sertifikatların BANM-in fəaliyyətinin yüksək səviyyədə təşkilinin göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, məhz bu sertifikatlar ali məktəbin nüfuzuna böyük təsir edir və onun beynəlxalq arenada daha layiqli təmsil oluna bilməsinə şərait yaradır.
“Bakı Ali Neft Məktəbi beynəlxalq standartları öz fəaliyyətində uğurla tətbiq edir. Mən bu münasibətlə, başda rektor Elmar Qasımov olmaqla, ali məktəbin kollektivini təbrik edirəm”, - deyə TSİ-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Səlim Çələbi bildirib. BANM-in beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayan Səlim Çələbi təmsil etdiyi qurumun ali məktəblə əməkdaşlığının inkişafında maraqlı olduğunu qeyd edib. O, BANM-in fəaliyyətinin inkişafında TSİ-nin hər cür kömək etməyə hazır olduğunu bildirib.
TSİ-nin baş auditoru Gülhan Yüzereroğlu BANM-in fəaliyyətinin həyata keçirilməsi prosesinin standartlara tam uyğun təşkil olunduğunu bildirib. O, ali məktəbin qısa müddətdə fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun təşkil olunmasını yüksək qiymətləndirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info