“Moody`s” ABB-nin reytinqlərini yüksəldib
Tarix: 26.01.2018 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Moody’s Beynəlxalq Reytinq Agentliyi 26 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib.
Bankın məlumatına görə, bankın xarici və yerli valyutada olan uzunmüddətli reytinqləri "Caa1" səviyyəsindən "B3" səviyyəsinə qaldırılıb. Baza kredit qiymətləndirilməsi (BCA) "caa3" pilləsindən "caa2" pilləsinə, qarşı tərəf uzunmüddətli risk qiymətləndirilməsi isə B3(cr) pilləsindən B2(cr) pilləsinə yüksəlib. Bankın uzunmüddətli depozit reytinqləri pozitiv proqnozla dəyərləndirilib.
Agentliyin yeni reytinqlərlə bağlı şərhində bu müsbət dəyişikliklərin Azərbaycan Beynəlxalq Bankının aktiv və öhdəliklərinin restrukturizasiyasının nəticələrini əks etdirdiyi bildirilib. Bankın kapital mövqeyinin güclənərək müəyyən edilmiş normativ tələblər səviyyəsini ötməsi, problemli aktivlərin ötürülməsi nəticəsində kredit portfelinin keyfiyyətinin yaxşılaşması da qeyd edilib. Eyni zamanda, bildirilib ki, verilən dövlət dəstəyi ilə yanaşı, bank tərəfindən xərclərinin optimallaşdırılması və gəlirliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər onun mənfəətliyini də bərpa edib.
Agentliyin rəyində vurğulanıb ki, görülmüş tədbirlər nəticəsində bankın birinci dərəcəli kapitalının adekvatlıq əmsalı 20,8%-ə yüksəlib, kapitalının risk dərəcəsi üzrə ölçülmüş aktivlərinə nisbəti (Tangible Common Equity to RWAs) əmsalı isə 16.8% təşkil edib.
Bununla Azərbaycan Beynəlxalq Bankı MDB məkanında ən yaxşı kapital göstəricisinə malik banklardan biri olub.
Rəydə o da qeyd olunub ki, gələcək inkişaf göstəricilərindən asılı olaraq növbəti mərhələlərdə bankın reytinqləri yenə yüksəldilə bilər. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq
19.09.2018
Göyçayda sahibkarlar üçün treninq keçirilib
19.09.2018
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək
19.09.2018
“Ümid”dəki ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info