ABŞ-ın raketdən müdafiə sistemi Cənubi Koreyada
Tarix: 26.01.2018 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Rusiya səfiri: “Rəsmi Seul Moskvaya sistemə Cənubi Koreya əsgərləri tərəfindən nəzarət ediləcəyinə dair zəmanət verməyib”

“ABŞ-ın artıq öz istehsalı olan THAAD raketdən müdafiə sisteminin bütün altı komponentinin Cənubi Koreyada yerləşdirilib. Bununla bağlı rəsmi Seul Moskvaya sistemə Cənubi Koreya əsgərləri tərəfindən nəzarət ediləcəyinə dair zəmanət verməyib”. Bu barədə məlumatı Rusiyanın Cənubi Koreyadakı səfiri Aleksandr Timonin “RİA Novosti” saytına verdiyi müsahibədə bildirib. “Mənə verilən məlımata görə, hazırda raket batareyasının bütün altı komponenti artıq Koreya Respublikası ərazisində yerləşdirilib. Bu komplekslərin kim tərəfindən idarə olunacağı bəlli deyil. Bi sistemlətin ancaq Cənubi Koreya hərbçiləri tərəfindən idarə olunması üçün heç bir zəmanət yoxdur”- deyə səfir bildirib. Qeyd edilməlidir ki, 2016-cı ilin iyul ayında beş aylıq danışıqlardan sonra ABŞ THAAD sistemini Cənubi Koreya ərazisində yerləşdirilməsi ilə bağlı Seulla razılığa gəlmişdi. Burada zəruri hal kimi Şimali Koreyadan gözlənilən təhlükə göstərilmişdi. Pekin ABŞ-ın THAAD hava müdafiə sisteminin Cənubi Koreyada yerləşdirilməsinə qarşı çıxır. Çinin Mərkəzi Hərbi Şurasının əməliyyat şöbəsinin müdir müavini, general-mayor Çjou Şanpin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçirilən brifinqində ABŞ-ın belə bir addımına qarşı ölkəsinin etirazını ifadə etmişdi. Onu da qeyd edək ki, raketdən müdafiə sisteminin Cənubi Koreyada yerləşdirilməsi Rusiya tərəfindən də narahatlıqla qarşılanır. Çin və Rusiyadan fərqli olaraq, Yaponiya ABŞ-ın bu addımının bölgədə sülh və sabitliyə təminat verəcəyini elan edib.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info