NATO Suriya məsələsində ABŞ və Türkiyənin anlaşmasını istəyir
Tarix: 27.01.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


“Zeytun budağı” antiterror əməliyyatı nəticəsində Afrinin terrorçulardan təmizlənən kəndlər öz sakinlərini qəbul etməyə başlayıb

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatı nəticəsində Afrin bölgəsində terrorçulardan təmizlənən kəndlər öz sakinlərini qəbul etməyə başlayıb. PKK/KCK/PYD-YPG və “İŞİD” terrorçu qruplaşmaları ələ keçirdiyi yaşayış məntəqələrində yerli əhaliyə divan tutub. Evlər qarət edilib, insanların mal-dövləti talan edilib, gənclər və uşaqlar, bir sıra halda gənc qadınlar zorla terrorçu qruplara cəlb olunub. Bütün bu acıları yaşayan yerli əhali doğma el-obalarını tərk etmək məcburiyyətində qalıblar. Ən son məlumatlara görə, Türkiyə tərəfi evlərinə qayıdan yerli əhaliyə hərtərəfli yardım etməkdədir. Əhali gündəlik tələbat malları, eləcə də zəruri dərmanlarla təmin edilir. Qeyd edək ki, “Zeytun budağı” antiterror əməliyyatı dünən də davam etdirilib, terrorçuların mövqelərinə zərbələr endirilib. Əməliyyatın 7-ci günündə məhv edilən terrorçuların sayının 343-ə çatıb. Bəzi yerlərdə terrorçular mövqelərini tərk edərək yaşayış məntəqələrinə çəkilib və evlərdə snayperlər yerləşdiriblər. Afrindəki PYD terrorçuları rəsmi Dəməşqə müraciət edib. Müraciətdə Suriya hökumət qüvvələrinin Afrinə göndərilməsi xahiş olunur. PYD, bunun Suriyanın suverenliyi və sərhəd təhlükəsizliyi baxımından vacib olduğunu bildirib. Son iki günün əsas müzakirə mövzusu Afrin əməliyyatları ilə bağlı Türkiyə ilə ABŞ arasında yaranan narazılıqıdır. Pentaqon rəsmisi Dana Uayt bu məsələ ilə bağlı bildirib ki, ABŞ və Türkiyə arasında hər hansı bir gərginlik yaşanmır, amma Afrində baş verənlərin diqqəti “İŞİD”-ə qarşı aparılan antiterror əməliyyatından uzaqlaşdıracağından narahatlıq var. O, Türkiyənin legitim qayğılarının mövcudluğunu nəzərə aldıqlarını deyərək, Ankara ilə çox yaxın təmasda olduqlarını bildirib: "Aramızda heç bir narazılıq yoxdur, müttəfiq dövlətlərik. Amma "Zeytun budağı" əməliyyatı bizi bəzi məsələlərdə düşünməyə vadar edir. Gücümüzü “İŞİD”-ə qarşı birləşdirməyimiz daha məqsədəuyğun olardı". Pentaqon generalı Kennet Makkinzi isə Türkiyəni Suriya böhranına ən yaxın ölkə adlandırıb: "Türkiyə sərhədləri daxilində münaqişə olan yeganə NATO dövlətidir. Biz isə Afrində mövcud olan silahlı kürdlərə heç bir yardım etməmişik, ABŞ yalnız Mərkəzi Fırat vadisi adlanan nöqtədən “İŞİD”-ə qarşı cənuba və şərqə doğru planlaşdırılan əməliyyatlara dəstək olub və bu, davam edəcək". Türkiyə Silahlı Qüvvələrinin planlaşdırdığı Menbiç əməliyyatına toxunan amerikalı general türklərin adı çəkilən bölgəyə girib-girməyəcəyindən məlumatsız olduğunu bildirib: "Bu baş verərsə ABŞ-ın hansı addımlar atacağını deyə bilmərəm, yalnız bunu söyləyə bilərəm ki, Türkiyə antiterror koalisiyasının bir parçasıdır və əlaqəli şəkildə işbirliyimiz davam edəcək. Hazırda orada ordu generalı Votelin komandanlığı altında qüvvələrimiz var və onlar özlərini müdafiə etmək qüdrətindədir". NATO baş katibi Yens Stoltenberq də Türkiyənin terrora məruz qalan NATO ölkəsi olduğunu deyərək, Türkiyə Silahlı Qüvvələrinin başladığı "Zeytun budağı" əməliyyatını anlayışla qarşıladıqlarını, lakin bu əməliyyatın ölçülü-biçili şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb: "Keçən həftə prezident Ərdoğanla danışdıq. Suriyanın şimalı ilə bağlı ən doğru yol ABŞ və Türkiyə arasında təmasların yaxınlaşması nəticəsində tapıla bilər".
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info