“Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində xüsusi geosiyasi yeri var”
Tarix: 27.01.2018 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Hindistan və Azərbaycan arasında dostluq əlaqələri mövcuddur. İkitərəfli əməkdaşlığın siyasi, iqtisadi, təhsil və mədəni sahələrdə daha da inkişafı üçün mühüm işlər görülür. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib. İqtisadi və maliyyə məsələlərini müzakirə etmək üçün siyasi məsləhətləşmələrin və Hindistan ilə Azərbaycan arasında hökumətlərarası komissiyanın görüşlərinin mütəmadi olaraq keçirildiyini söyləyən səfir Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın ötən ilin noyabrında Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev ilə görüşündə ikitərəfli əlaqələrin genişləndirilməsi barədə müzakirələrin aparıldığını vurğulayıb: “Əlaqələrimizin geniş məcrada inkişaf etdirilməsi üçün yüksək səviyyəli səfərlərin sayı artırılmalıdır. Hindistan və Azərbaycan iqtisadi sahədə əlaqələrin inkişafı üçün əhəmiyyətli addımlar atır. Ötən il ticarət dövriyyəmizin həcmi 550 milyon ABŞ dolları olub. Bunun 100 milyonu Hindistandan Azərbaycana, 450 milyonu isə Azərbaycandan Hindistana ixrac edilən məhsullardır. Lakin ticarət dövriyyəsi iqtisadi potensialı tam əks etdirmir. Biz nəqliyyat, əczaçılıq, bərpaolunan enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları sahələrində əməkdaşlığımızı daha da genişləndirə bilərik”. Azərbaycanın Beynəlxalq Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərində məxsusi geosiyasi yerinin olduğunu bildirən Sancay Rana Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının daşınma üçün önəmli mərkəzə çevrildiyini diqqətə çatdırıb: “Hindistan, Azərbaycan, Rusiya və İran birgə Şimal-Cənub nəqliyyat dəhlizini inkişaf etdirməkdədirlər. Bu dəhliz yükdaşımalarda daha uyğun tarif təmin etməklə gömrük prosedurlarının sürətləndirilməsini tənzimləyəcək. Əsas məqsədimiz qeyri-neft sektorunda əməkdaşlığımızı inkişaf etdirməkdir. Bu sahə Azərbaycan hökuməti tərəfindən müvafiq dəstəyini alıb. Hindistan əczaçılıq sahəsində çox güclüdür. Bizim şirkətlərimiz Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. Azərbaycan hökuməti texnologiyada, aqroparklarda investorlar üçün çoxlu imkanlar yaradır. Hindistan şirkətləri buna maraq göstərir. Hər iki tərəf ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilə üzərində işləyir. Bu, investorların etibarlılığını genişləndirəcək. Biznesmenlər üçün daha əlverişli imkanların yaradılması ilə iki ölkə qarşılıqlı investisiyadan yararlana bilərlər”. Azərbaycanın təşəbbüsü ilə enerji sahəsində həyata keçirilən layihələrin regional enerji təhlükəsizliyi üçün vacibliyini vurğulayan səfir hər iki ölkənin neft sahəsində tərəfdaş olduğunu söyləyib: “Bizim “ONGC Videsh LTD” şirkəti “Azəri-Çıraq-Günəşli” neft yatağında paya sahibdir. Hindistan şirkətləri qaz sahəsində də əməkdaşlığa maraqlıdırlar. SOCAR və “GAIL (India) Limited” maye qazın istehsalı, alışı və nəqli sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar. Hindistan əsas neft və qaz idxalçısıdır. Beləliklə, gələcək illərdə bu sahədə əməkdaşlığımız daha da inkişaf edəcək”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info