Fondun Müəllif Hüquqları Agentliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
Tarix: 27.01.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Müəllif Hüquqları Agentliyinin birgə keçirdikləri "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar. Tədbirdə Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Fondun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları, müxtəlif nazirlik və komitələrin məsul vəzifəli əməkdaşları, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və mükafatlandırılan jurnalistlər iştirak ediblər.

Azərbaycan əqli mülkiyyətin qorunması üzrə MDB-də liderdir
Tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov qonaqları salamlayaraq informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı dövründə müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunmasının xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Agentliyin İdarə Heyətinin sədri bildirib ki, "biliklər cəmiyyəti" mərhələsi texnologiyaların sıçrayışı və əhəmiyyətli texnoloji dəyişikliklərlə müşayiət olunur. K.İmanov qeyd edib ki, rəqəmli eranın nəticələri bütün sahələrdə yeni reallıq formalaşdıraraq yeni davranış qaydası və tələblər irəli sürüb: "Üstəlik, rəqəmli məkanda informasiya axını həndəsi proqressiya sürəti ilə artır, belə ki, hər gün 2,5 kvintilyon həcmində verilənlər artmaqdadır. Bu isə o deməkdir ki, dünya miqyasında verilənlərin 90 faizi yalnız son 2 ildə yaradılmışdır. Bütün bunlar istər jurnalistikaya, istərsə də əqli mülkiyyət sahəsinə, müəllif hüququna böyük təsir göstərir". Kamran İmanov, həmçinin vurğulayıb ki, Azərbaycanın son illər iqtisadi sahədə böyük uğurlara imza atması, eləcə də qlobal reytinq göstəricilərinin yüksəlməsi əqli mülkiyyət və müəllif hüquqlarının qorunması sahəsinə də müsbət təsirini göstərir. Agentliyin İdarə Heyətinin sədri bunun nəticəsi olaraq respublikamızın Rəqabətqabiliyyətlilik İndeksinin "Əqli mülkiyyətin qorunması" alt göstərici üzrə 4,8 bal toplamasını və dünyada 37-ci yerdə qərarlaşmasını mühüm uğur kimi qiymətləndirib: "Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyində möhkəmlənib. Prezident İlham Əliyevin ölkədə apardığı institusional islahatlar nəticəsində Müəllif Hüquqları Agentliyi yeni statusla bugünkü konfransda iştirak edir. Agentlik dövlət başçısı tərəfindən təsis edilən, dövlət və ictimai əhəmiyyət kəsb edən, işçiləri dövlət qulluqçularına bərabər tutulan və mərkəzi icra hakimiyyəti orqanı statusunda təminatları olan, əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir". K.İmanov son illər ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə Agentliyin maddi-texniki və qanunverici-institusional bazasının möhkəmləndirilməsi sahəsində əldə olunmuş uğurlardan, eləcə də qarşıda duran vəzifələrdən söz açaraq bu nailiyyətlərin ölkə ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin mühüm rolunu diqqətə çəkib. Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu deyən K.İmanov müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
“Azərbaycanda fikir, söz və mətbuat azadlıqları tam bərqərar olub”
İcraçı direktor Vüqar Səfərli Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ildə ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə yaradıldığını xatırladıb. İcraçı direktor Fondun ötən 9 ildə ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişaf etdirilməsinə, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı layihələrin həyata keçirdiyini bildirib. Azərbaycanda fikir, söz və mətbuat azadlıqlarının tam bərqərar olduğunu deyən Vüqar Səfərli Prezidentin Davos İqtisadi Forumunda bəzi qərəzli dairələrə tutarlı cavab verdiyini bildirib: "Möhtərəm Prezidentimiz Davos İqtisadi Forumundakı dərin məzmunlu çıxışında haqlı olaraq bildirib ki, Azərbaycanda fikir, söz və məlumat azadlıqları yüksək səviyyədə qorunur, əhalinin 80 faizi internetdən istifadə edir. İnternet azadlığının tam mövcud olduğu bir dövlətdə mətbuat azadlığının məhdudlaşdırıldığını iddia etmək tamamilə qərəzli və əsassızdır". Çıxışını davam etdirən Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor həmçinin bildirib ki, Müəllif Hüquqları Agentliyi ilə birgə keçirilmiş müsabiqə əqli mülkiyyət sahəsinin səmərəli fəaliyyətinin, dayanıqlı inkişafının və şəffaflığının təmin edilməsi, xalqımıza məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizənin gücləndirilməsi, o cümlədən ictimaiyyətin bu sahədə maarifləndirilməsi və jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması baxımından əhəmiyyətlidir.
Vüqar Səfərli müsabiqəyə 22 kütləvi informasiya vasitəsindən 35 yazının təqdim edildiyini, yazıların Fondun 3, Müəllif Hüquqları Agentliyinin 1 nəfər eksperti tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı direktor ekspertlərin yekun qərarına əsasən, 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. İcraçı direktor, həmçinin Agentliyin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən müsabiqədə iştirak edən, lakin yer tuta bilməyən media nümayəndələri üçün 100 manat məbləğində pul mükafatının nəzərdə tutulduğunu bildirib.

“Ölkəmizə qarşı qərəzli mövqe tutan yerli və xarici qüvvələrlə mübarizədə fəal olmalıyıq”

Tədbirdə çıxış edən Milli Məclisin Komitə sədri Siyavuş Novruzov müasir dövrdə əqli mülkiyyət və müəllif hüquqlarının qorunmasının Azərbaycanın milli təhlükəsizlik maraqlarının qorunması, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O, Agentliyin son illər bu sahədə intensiv fəaliyyət göstərərək ermənilərin xalqımızın maddi və mənəvi mədəniyyət nümunələrini, musiqisini özününküləşdirmək cəhdlərini dünya miqyasında ifşa etdiyini bildirib. S.Novruzov Azərbaycanda söz və mətbuat azadlıqlarının yüksək səviyyədə təmin olunduğunu bildirərək jurnalistləri dövlətçilik maraqlarını əsas tutaraq ölkəmizə qarşı qərəzli mövqe tutan yerli və xarici qüvvələrlə mübarizədə fəal olmağa çağırıb. Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov keçirilən birgə müsabiqənin jurnalistlərin əqli mülkiyyət hüquqlarının qorunması, onların bu sahədə maarifləndirilməsi baxımından vacibliyini diqqətə çəkib. Müsabiqədə qalib olmuş jurnalistləri təbrik edən Ə.Amaşov bildirib ki, keçirilən tədbir Agentliklə media təmsilçiləri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib. Tədbiri yekunlaşdıran Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov birgə müsabiqənin təşkilinə və media ilə əməkdaşlığın genişləndirilməsindəki xidmətlərinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info