AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin nailiyyətləri
Tarix: 27.01.2018 | Saat: 13:12:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başa çatıb. Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri fəal iştirak edərək, ölkəmizin maraqlarını yüksək səviyyədə qoruyublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan sessiyada rotasiya prinsipi əsasında yenilənmiş nümayəndə heyəti ilə təmsil olunub.
Nümayəndə heyətimizin səlahiyyətləri AŞPA-da yekdilliklə qəbul edildi və deputatlarımız qurumun tam səlahiyyətli üzvləri oldular.
Sessiya çərçivəsində Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib. O, qış sessiyasının iclaslarına sədrlik edib. “AŞPA-da seçkilər nəticəsində əldə etdiyimiz bu uğur Avropa Şurasının Bürosu və Assambleyasında iclaslara sədrlik edərək ölkəmizin səsinin daha yüksək tribunalardan eşidilməsinə yeni imkan yaradır”, - deyə Səməd Seyidov bildirib.
“Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda müzakirələrə qoşulan Səməd Seyidov Türkiyənin “Zeytun budağı” həbi əməliyyatlarına başlamasını dəstəkləyərək, ona terror təşkilatlarına qarşı apardığı mübarizədə haqq qazandırıb. Onun bu mövqeyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək qiymətləndirilib.
Azərbaycan Milli Məclisinin deputatları AŞPA-da komitə, alt komitə sədri və sədr müavinləri seçiliblər. Nümayəndə heyətimizin üzvü Vüsal Hüseynov AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavini, Sevinc Fətəliyeva isə yenidən qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri seçiliblər. AŞPA-nın qaçqınlar və məcburi köçkünlərlə bağlı komitəsinə iki il sədrlik edən Sahibə Qafarova qurumun xüsusi təşəkkürünə layiq görülüb. Qənirə Paşayeva qrup sədrləri komitəsində ölkəmizi təmsil edib.
Sessiya çərçivəsində Sevinc Fətəliyeva “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzəsində Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən uşaqların daha çox əziyyət çəkdiyini bir daha diqqətə çatdırıb. Məruzə ətrafında çıxış edən deputatlarımız erməni vandalizminin qurbanı olan balaca Zəhranın şəklini zalda nümayiş etdiriblər. Vüsal Hüseynovun məruzəsi “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” məsələsinə həsr olunub. Hər iki məruzə avropalı parlamentarilər tərəfindən yekdilliklə qəbul olunub.
Nümayəndə heyətimizin Dağlıq Qarabağ icmasından olan üzvü Rövşən Rzayev sessiyada Ermənistanın indiki müdafiə nazirinin azərbaycanlılara qarşı etnik təmizləmə apardığını diqqətə çatdırıb, erməni deputatlardan həqiqətləri təhrif etməməyi tələb edib. Qurumda müxtəlif görüşlər keçirib, əlaqələr yaradıb, Dağlıq Qarabağ haqqında məlumatlar verib.
Nümayəndə heyətimizin yeni üzvləri Asim Mollazadə, Ülviyyə Ağayeva və Elşad Həsənov komitə və alt komitə iclaslarına qatılaraq ilk sessiyada fəal olublar. Asim Mollazadə müxalifət partiyasının üzvü kimi Monitorinq komitəsinin üzvü seçilib.
Ümumiyyətlə, hansı partiyanı təmsil etmələrindən asılı olmayaraq nümayəndə heyətimizin bütün üzvləri – Rafael Hüseynov, Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rövşən Rzayev, Ülviyyə Ağayeva, Fazil Mustafayev, Asim Mollazadə, Elşad Həsənov qış sessiyasında fəal olublar. Onlar Azərbaycan həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın xalqımıza qarşı törətdikləri cinayətlər, BMT-nin münaqişə ilə bağlı qətnamələri barədə çıxışlar edərək, qurumun yeni üzvlərini məlumatlandırıblar.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info