Alman baş nazirlərdən sanksiyaların ləğvinə çağırış
Tarix: 28.01.2018 | Saat: 04:50:00 | E-mail | Çapa göndər


İki alman torpaqlarının baş nazirləri Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını müdafiə ediblər. Bu barədə Almaniyanın “Suddeutsche Wirtschafts Nachrichten” nəşri məlumat yayıb.
Qeyd edilməlidir ki, Almaniyanın Şərq federal əyalətlərinin hökumət başçılarının Berlində keçirilən toplantısında Tyurinqin baş naziri Bodo Ramelov Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları “hər hansı bir yerə gedə bilməyəcək ölü atla” müqayisə edib. Ramelovun sözlərinə görə, simvolik siyasətin köməyi ilə həll olunmayacaq Ukrayna problemi üçün alman müəssisələrinə ödəniş etmək lazımdır.
Almaniyanın başqa bir bölgəsi - Saksoniya-Anhalt əyalətinin baş naziri Rеyнер Hазелhофф da Şərqi alman torpaqlarının ümumi bir kursa - Rusiyaya tətbiq edilmiş sanksiyaların aradan götürülməsinə ehtiyac oldugunu bildirib.
Alman nəşrində qeyd edilir ki, bu cür bəyanatlar Almaniyanın şərqindəki şirkətlərin Rusiya ilə olan ənənəvi iqtisadi əlaqələrə, eləcə də biznesə göstərdiyi güclü mənfi təsirlə bağlıdır.
Xatırladaq ki, son zamanlar, Avropa İttifaqı ölkələrində Rusiya əleyhinə tətbiq edilmiş sanksiyaların ləğv edilməsi ilə baglı çagırışlar artmaqdadır.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info