ABŞ-da ADR-in 100 illiyi ilə əlaqədar qətnamə qəbul edilib 
Tarix: 29.01.2018 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası tərəfindən yanvarın 26-da Azərbaycan Demokratik Respublikasının (ADR) yüz illiyi ilə əlaqədar qətnamə qəbul edilib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məlumat yayıb. Məlumatda bildirilir ki, qətnamədə Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə olunub. Sənəd Nümayəndələr Palatasının plenar iclasında təqdim edildikdən sonra səsə qoyulub və yekdilliklə qəbul edilib. Azərbaycanın Nyu Meksikodakı fəxri konsulu Art Makhaffi plenar iclasda iştirak edib. Qətnamədə, yüz il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.
Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir. Qətnamədə həmçinin, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Qətnamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir. Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.
Sənəddə həmçinin qeyd olunur ki, Los Ancelesdəki Baş Konsulluğu və Nyu Meksiko ştatının paytaxtı Santa Fedəki fəxri konsulu vasitəsilə təmsil olunan Azərbaycan Nyu Meksiko ilə son illərdə güclü əlaqələr qurub.
Qətnamənin sonunda Nyu Meksiko ştatının Nümayəndələr Palatası tərəfindən ADR-in 100 illiyi münasibətilə Azərbaycana təbrik ünvanlanaraq, Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir, sənədin ABŞ prezidenti, Senat sədri və Nümayəndələr Palatasının spikeri, eləcə də Nyu Meksikodan olan ABŞ konqresmenlərinə göndəriləcəyi bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info