“ABŞ əməliyyata etiraz etsəydi, Türkiyə İncirlik və Kürəcik hərbi bazalarını bağlayacaqdı”
Tarix: 29.01.2018 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


“Amerika “Zeytun budağı” əməliyyatına etiraz etsəydi, Türkiyə hökuməti ölkə ərazisindəki İncirlik və Kürəcik hərbi bazalarını bağlayacaqdı”.
 
Bu sözləri Suriyanın şimal-qərb bölgəsində Türkiyə Silahlı Qüvvələrinin apardığı “Zeytun budağı” əməliyyatının gedişini şərh edən Orta Şərq məsələləri üzrə tanınmış mütəxəssis, “Habertürk” kanalının şərhçisi Nevzat Çiçək deyib.
 
N. Çiçək Türkiyə rəhbərliyinin bu əməliyyatla bağlı qərarlılığını xüsusi vurğulayıb: “Hərtərəfli hazırlanmış əməliyyatdır. Rusiya ilə hər şey razılaşdırılıb. Türk ordusunun Afrinə girməsinə köhnə müttəfiq ABŞ etiraz etsəydi, Türkiyə öz torpaqlarında yerləşən İncirlik və Kürəcik hərbi bazalarını NATO-ya qapadacaqdı. Bu məlumatı dövlətin ən üst səviyyəsindən almışam. İqtidarın bu qərarlılığından ABŞ da xəbərdar idi. Hər şey plana uyğun şəkildə davam edir. Ordunun əsas məqsədi mülki vətəndaşlara ziyan vurmadan bu əməliyyatı müvəffəqiyyətlə başa çatdırmaqdır, ona görə də irəliyə doğru hərəkət edərkən hər şey dəqiqliklə ölçülüb-biçilir. Türkiyənin son hədəfi sərhədin 10-30 kilometr o tərəfində “təhlükəsiz bölgə” yaratmaqdır. Afrin əməliyyatından sonraya planlaşdırılmış Menbiç əməliyyatı başa çatandan sonra Türkiyə bu məsələni gündəmə gətirəcək. Hətta PYD terror təşkilatı o bölgələri Dəməşq hökumətinə təhvil versə də, Türkiyə “təhlükəsiz bölgə” yaradılması üçün öz təkidindən vaz keçməyəcək”.
 
Türkiyənin bundan sonrakı hərbi əməliyyatlarına ABŞ-ın göstərəcəyi mümkün reaksiya barədə suala ekspert belə cavab verib: “ABŞ-ın bölgədəki qüvvələrinin öz aralarında  yekdillik yoxdur. Menbiç bölgəsinə Mərkəzi Kəşfiyyat İdarəsi, Fərat çayının sağ sahilinə isə Pentaqon nəzarət edir. Türkiyə o qurumların hər ikisinin bölgədəki fəaliyyətlərinə qarşı güclü iradə nümayiş etdirib. 1500 nəfərin iştirak edəcəyi Soçi konfransında ABŞ-ın iştirak etməməsi regiondakı tarazlığı mühüm dərəcədə dəyişdirə bilər. Türkiyənn Afrin və Menbiçdə keçirəcəyi uğurlu əməliyyatlardan sonra ABŞ-ın “Böyük Orta Şərq” planı  tamamilə tarixə qarışa bilər”.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info