Nazir: “Artıq 9 tərəvəz bitkisi üzrə toxumu öz ölkəmizdə istehsal edəcəyik” 
Tarix: 29.01.2018 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


"Son illər aqrar sektorun qarşısında çox ciddi və həllini gözləyən məsələlər durub".
Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.
Onun sözlərinə görə, bu gün kənd təsərrüfatının texnika ilə təminatında heç bir çətinlik yoxdur.
"Bunun üçün kifayət qədər vəsait ayrılıb və bu il də ayrılacaq. Subsidiya mexanizmi tamamilə avtomatlaşdırılıb. İstənilən adam sayta girərək kimə nə qədər subsidiya verildiyini də öyrənə bilər. Növbəti ilin problemlərindən biri toxumçuluq və tingçilik təsərrüfatlarının yaradılmasıdır. Bu il tərəvəzçilik institutunun tərkibində böyük toxumçuluq sahəsi yaradılacaq. Bu sahə 9 bitki növü üzrə 6-7 ay sonra öz istehsalına başlayacaq. Demək olar ki, artıq 9 tərəvəz bitkisi üzrə toxumu öz ölkəmizdə istehsal edəcəyik. Bildiyiniz kimi, Qubada meyvə institutumuz var. Bundan 1-2 ay sonra isə Qubada tingçilik təsərrüfatlarının yaradılmasına başlanacaq. Ötən il toxumun alınması üçün laboratoriya avadanlıqlarına 700 min dollardan artıq vəsait ayrılıb. Növbəti ildən bu institut əksər meyvə tingləri üzrə öz istehsalını təşkil edəcək. Bu ilin sonuna, gələn ilin əvvəlinə bu sahədə ciddi dönüş gərəcəksiniz", - deyə nazir qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info