Xarici hərbi qüvvələrin Ukraynaya gəlməsinə icazə verildi
Tarix: 30.01.2018 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Poroşenko tərəfindən imzalanan sənədə əsasən bu il ABŞ və digər NATO ölkələrinin 5 min hərbi qüvvəsi və texnikası Ukraynaya gələcək
Dünən Ukrayna dövlət başçısı xarici ölkələrin hərbi qüvvələrinin ölkə ərazisində yerləşməsinə icazə verilməsi ilə bağlı qanunu imzalayıb.
Həmin qanunda qeyd edilir ki, 2018-ci il ərzində ölkə ərazisində keçiriləcək müxtəlif hərbi təlimlərdə iştirak etmək üçün xarici ölkələrin hərbi qüvvələrinə ölkəyə daxil olmaq icazəsi veriləcək. Bu il ərzində başda ABŞ olmaqla NATO ölkələrinin hərbi qüvvələri təlim adı altında Ukrayna ərazisinə toplanacaq. Bu isə Donbas məsələsinin həlli istiqamətində müsbət addımlar olmayacağını göstərir. Ukrayna dövlət başçısı Poroşenko Ali Radaya müraciət edərək xahiş etmişdi ki, çoxmillətli hərbi təlimlərdə iştirak üçün ölkə ərazisinə xarici hərbi qüvvələrin daxil olmasına icazə verən qərarı dəstəkləsinlər. Burada söhbət Ukrayna və ABŞ-ın birgə keçirəcəyi “Sea Breeze-2018” və “Rapid Trident-2018” hərbi təlimlərindən gedir. Ukrayna parlamenti həmin sənədi yanvarın 18-də qəbul edib. Parlamentin rəsmi internet səhifəsində qeyd edilib ki, həmin sənəd artıq imzalanmaq üçün dövlət başçısına təqdim edilib. Artıq prezident Poroşenko tərəfindən imzalanan sənədə əsasən ABŞ hərbi birləşmələri və NATO-ya daxil olan digər ölkələrin hərbi qüvvələrinə 365 gün- bu ilin yanvarından dekabrına qədər Ukrayna ərazisinə daxil ola, müxtəlif təlimlərdə iştirak edə biləcəklər. Sənəddə “Sea Breeze-2018” təlimləri ilə bağlı ölkə ərazisinə daxil olacaq xarici hərbi qüvvələrin sayının 3 min nəfər olacağı qeyd edilib. Eyni zamanda müxtəlif hərbi texnikalar, hərbi təyyarələr də Ukraynaya gətiriləcək. “Rapid Trident-2018” təlimləri çərçivəsində isə ABŞ və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına daxil olan ölkələrin 2 min nəfərlik hərbi qüvvəsinə, 20 təyyarə və müxtəlif hərbi texnikasına Ukrayna ərazisinə daxil olmaq icazəsi verilib. Bu təlimlər çərçivəsində xarici hərbi qüvvələrin iyun-noyabr ayları ərzində Ukraynada olması mümkün olacaq. İmzalanan qanuna əsasən bu il həmin təlimlərdən savayı “İşıqlı axın - 2018”, “Aydın səma-2018” və “Riverian” Ukrayna-Rumıniya birgə hərbi təlimləri keçiriləcək. Xatırladaq ki, qanunvericilik xarici ölkə ordu birləşmələrinin Ukrayna ərazisində olmasını qadağan edir. Eləcə də qanuna əsasən Ukrayna ərazisinə xarici hərbi bazanın yaradılması da qadağandır. Ona görə də hər dəfə belə təlimlər çərçivəsində xarici hərbi birləşmələrin Ukrayna ərazisinə daxil olması üçün xüsusi qanunlar qəbul edilir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info