Britaniyada millətçilərlə polis arasında qarşıdurma yaşanıb
Tarix: 23.05.2013 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


“Sky News” xəbər verir ki, Londonda mayın 23-ü gecəsində millətçilərlə polis arasında toqquşma baş verib.
Bildirilir ki, həmin gecə 100-ə yaxın insan Londonun şərqindəki pivəxanalardan birinə toplaşaraq millətçi mahnılar oxumağa başlayıb, daha sonra isə onlara ifrat sağçı “İngiltərənin müdafiəsi Liqası” təşkilatı da qoşulub.
Polis əməkdaşları kütləni mühasirəyə almağa çalışsalar da, müllətçilər müqavimət göstəriblər.
İnsident zamanı polis rezin dəyənəklərdən istifadə etməli olub, millətçilər isə öz növbələrində, asayiş keşikçilərinə butulkalar və taraqqalarla (fişəng) qarşılıq veriblər. Zərərçəkmişlər barədə hazırda məlumat yoxdur.
Bundan başqa, Böyük Britaniyada mayın 22-də məscidə iki dəfə hücum olmuşdu. Esseks qraflığında bıçaqla məscidə girmiş və onu yandırmağa cəhd etmiş şəxs həbs edilib.
Kent qraflığında isə polis Qillinqem şəhərində məscidi yandırmağa cəhd edən şəxsi yaxalayıb.
Londonun şimalında Vulviç rayonunda isə iki cinayətkar Britaniya ordusunun hərbi qulluqçusunun başını kəsmişdi. Hadisə yerinə gələn polis cinayətkarlarla atışmadan sonra onları yaxalaya bilib. Hazırda yaralı cinayətkarlar polis nəzarəti altında London xəstəxanasındadırlar. Cinayətin araşdırılması ilə terrorla mübarizə şöbəsi məşğul olacaq.
N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info