Ermənistan ordusunda əsgər ölümləri adi hal alıb
Tarix: 30.01.2018 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


2

İntihar edən erməni əsgər anası:
“Oğlumu intihar etmək dərəcəsinə Ermənistan ordusundakı zabitlər çatdırıblar”

Bir müddət bundan əvvəl Ermənistandakı hərbi hissələrin birində əsgərlər qarşısında çıxış edən Serj Sərkisyan bəlağətlə “Bu gün biz keyfiyyətcə fərqli orduya sahibik”,-deyə bəyan etmişdi. Lakin reallıq başqa şeylərdən xəbər verir. Belə ki, elə həmin ərəfədə Ermənistanın “Joxovurd” nəşri erməni ordusunda baş verən ölüm hallarının artıq ölkədəki hüquq-mühafizə sistemində ciddi narahatlıqlar doğurduğu barədə məlumat yayıb.
Qəzet bildirirdi ki, baş verən ölüm hallarına məsul olan müdafiə naziri Vigen Sarkisyan da yaşanan problemləri önləmək üçün hansısa addım atmaq iqtidarından məhrumdur. Bu isə ölkədə narazılıqların daha da artmasına geniş vüsət verir. Uzağa getmək lazım deyil, elə aprel döyüşləri “keyfiyyətcə fərqli ordu”nun hansı keyfiyyətə malik olduğunu ortaya qoydu. Aydın oldu ki, korrupsiya və cinayət yuvasına çevrilmiş Ermənistan ordusu, sadəcə, müəyyən qrup general və digər zabitlər üçün adi gəlir mənbəyindən başqa, bir şey deyil. Maraq kəsb edən məsələlərdən biri də budur ki, bu gün erməni general və zabiti üçün əsgər ölümü o qədər də böyük önəm kəsb etmir. Bunu övladlarını itirən əsgər valideynləri də etiraf edirlər. Ermənilərin “Epress” saytında yer alan yazıların birində övladını itirmiş əsgər anası Linaida Sloyanın acı etirafları yer alıb. Xatırladaq ki, Linaidaya oğlu Abas Sloyanın hərbi hissədə intihar etdiyi barədə xəbər versələr də, o buna inanmır: “Oğlumu intihar etmək dərəcəsinə Ermənistan ordusundakı zabitlər çatdırıblar”. Onun sözlərinə görə, xidmət etdiyi hərbi hissədəki özbaşınalıq və alçaldılmalara dözməyən oğlu xidmətə getdikdən bir müddət sonra hərbi hissədən qaçmaq məcburiyyətində qalıb: “Evə taksi ilə gəlmişdi. Həmin gün mən evdə olmamışam. Qızımın dediyinə görə, Abas hərbi formasını çıxarıb gizlətməyi xahiş edib. Çox narahat görünürmüş. O, “Mən bir daha o hissəyə qayıtmayacağam”- deyərək evi tərk edib. Bir müddətdən sonra isə Abasın evlərinə yaxın istifadəsiz anbarlardan birində asılmış vəziyyətdə meyiti tapılıb. Linaida Sloyanın sözlərinə görə, Abasın üzərində heç bir zorakılıq izləri tapılmasa da, onu bu addımı atmağa ordudakı dözülməz alçaltmalar məcbur edib: “Biz o qədər də varlı yaşamamışıq. Lakin başa düşə bilmirəm ki, heç bir problemi olmayan ordudan insan nə üçün qaçmalıdır”. Onun sözlərinə görə, baş vermiş olaya görə polis onların ailəsini günahlandırır: “Guya biz ordudan qaçmış oğlumuzu gizlətmişik. Bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməmişik”. Bu arada “Novosti Armeni“ saytı erməni hərbi hissələrinin birində əsgər Ovsep Qriqoryanın odlu silahdan açılan güllə nəticəsində ölümcül yaralanması barədə məlumat yayıb. Məlumata görə, faciə hərbi qulluqçular tərəfindən silahların idarə olunması qaydalarının pozulmasının nəticəsində baş verib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info