Şanxayda Azərbaycan Ticarət Mərkəzi yaradılacaq
Tarix: 30.01.2018 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Şahin Mustafayev:
“Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur”

“Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur”. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsi rəhbərlərinin iştirakı ilə keçirilən sahibkarlarla görüşdə deyib. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye, kənd təsərrüfatı, vergi, gömrük, sahibkarlıq, ixrac və sair sahələrdə həyata keçirilən tədbirlər barədə məlumat verilib, sahibkarları maraqlandıran məsələlər müzakirə edilib.
İqtisadiyyat naziri Şahin Mustafayev 2017-ci ildə ölkəmizdə çoxşaxəli və ardıcıl islahatların davam etdirildiyini, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlərin görüldüyünü, regionların tarazlı inkişafının təmin edildiyini, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin daima diqqət mərkəzində saxlanıldığını qeyd edib. Bildirib ki, ölkədə davamlı inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü dəyişib, ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayan infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətini yüksəldib. Dövlət Proqramı çərçivəsində 2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait yönəldilib və dövlət başçısı bölgələrə 30-dan çox səfər edib və bu səfərlər çərçivəsində müxtəlif təyinatlı 130-dək obyektlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak edib, şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 74 sərəncamla 368 milyon manat vəsait ayrılıb. Qeyd olunub ki, özəl bölmədə aparılan islahatlar çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək artırılıb, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə indiyədək 5000 lisenziya verilib, vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində ötən il 83 yoxlama keçirilib, sənaye parkları və məhəllələrinin təşkili tədbirləri davam etdirilib. 2017-ci ildə 1953 sahibkarın layihəsinə geri qaytarılan kreditlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Pambıqçılığa 10 milyon manat, tütünçülüyə 1,6 milyon manat, zeytun və badam bağlarının salınmasına və zeytun yağı istehsalı zavodunun tikintisinə 10 milyon manat güzəştli kredit verilib. Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. İnvestisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 208 sahibkarlıq subyektinə 230 investisiya təşviqi sənədi verilib və bu layihələr nəticəsində yerli istehsala 2 milyard manatdan artıq investisiya yatırılacaq, 16 minədək yeni iş yeri açılacaq. İndiyədək xarici ölkələrə 13 ixrac missiyası təşkil edilib, ölkəmiz 5 beynəlxalq sərgidə vahid ölkə stendi ilə təmsil olunub, ixrac müqavilələri imzalanıb. Sahibkarlığın sahəvi inkişafına dəstək məqsədilə yaradılmış Azərbaycan arıçılar, şərab, nar, meyvə-tərəvəz, fındıq, xurma, tütün, tekstil, çay istehsalçıları və ixracatçıları, qablaşdırma sənayesi, mebel, tikinti materialları istehsalçıları və qadın sahibkarların assosiasiyaları artıq uğurla fəaliyyət göstərir və bu sahələrin inkişafına öz töhfəsini verir. 2017-ci ildə baramaçılıq, pambıqçılıq, tütünçülük, sitrus meyvəçiliyi, çayçılıq, çəltikçilik sahələrinin inkişaf etdirilməsi üzrə görülən işlərin aqrar sektorun və sənayenin inkişafında, regionlarda məşğulluğun və ixrac potensialının artmasında əhəmiyyətli təsiri olub. Görülən işlər nəticəsində ötən il 177 mini daimi olmaqla, 221 min yeni iş yeri açılıb. 2017-ci ildə qeyri-neft məhsullarının ixracı 24,4 faiz artıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Prezidentin müvafiq fərmanı ilə yaradılmış “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” və iri rayon və şəhərlərdə “Kiçik və orta sahibkarlıq evləri” kiçik və orta sahibkarlığın rolunu və rəqabət qabiliyyətini artıracaq, bu sahədə idarəçiliyi təkmilləşdirəcək, sahibkarların dövlət xidmətlərinə vahid məkan prinsipi əsasında çıxışını təmin edəcək. İqtisadiyyat naziri vurğulayıb ki, dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda digər sahələrlə yanaşı, özəl sektorun inkişafı və sahibkarların sosial layihələrdə iştirakı istiqamətində tapşırıq və tövsiyələr verib. Dövlət başçısının tapşırıqlarının icrası üçün dövlət qurumları tərəfindən müvafiq tədbirlər görüləcək. Sonra İqtisadiyyat naziri Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və vergilər nazirinin müavini İlkin Vəliyev sahibkarların rəqabətqabliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, üzümçülüyün, şərabçılığın, tingçiliyin, fındıqçılığın inkişafı, vergi və gömrük, ixraca dəstək mexanizmləri, qablaşdırma, balçılıq, dövlət satınalmaları, sənaye məhəllələrinin yaradılması, güzəştli kreditin verilməsi və sair məsələlərə dair suallarını cavablandırıblar, sahibkarların təklifləri dinlənilib.

Sahibkarlar Ağdamda Qarabağ Sənaye Məhəlləsinin yaradılması ilə bağlı müraciət ediblər
Sahibkarlar Ağdamda Qarabağ Sənaye Məhəlləsinin yaradılması ilə bağlı iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər. Ağdamda sənaye məhəlləsinin və ya parkının olmasını arzulayan sahibkarlar bildiriblər ki, burada 10-dan çox sahibkar fəaliyyət göstərməyə hazırdır. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, bu təşəbbüslə bağlı müraciətə baxılacaq, görüşlər keçiriləcək və sahibkarlar tərəfindən istək varsa, bu müraciətin həyata keçirilməsi məqsədəuyğun olar.

İxracın inkişafı üçün yüksəkkeyfiyyətli məhsullar istehsal edilməlidir
Sahibkarların suallarını cavablandıran Şahin Mustafayev deyib ki, Çində, Şanxay azad ticarət zonasında Azərbaycan Ticarət Mərkəzi yaradılacaq. O bildirib ki, Azərbaycanın ticarət nümayəndəsi artıq Çində fəaliyyət göstərir. Bu il ticarət nümayəndələrinin fəaliyyəti gücləndiriləcək. Bundan əlavə, fevral ayında Çinə başqa bir ixrac missiyasının göndərilməsi də planlaşdırılır. Nazir onu da deyib ki, İqtisadiyyat Nazirliyi pomidor ixracına subsidiyaların verilməsini nəzərdən keçirə bilər. O bildirib ki, hazırda ixracın artırılması üçün kompleks tədbirlər görülür. İxracın inkişafı üçün yüksəkkeyfiyyətli məhsulların istehsal edilməsi vacibdir. Həmçinin nazir qeyd edib ki, hazırda Azərbaycan məhsullarının Yaxın Şərq ölkələrinə ixracının genişləndirilməsi istiqamətində də işlər aparılır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info