Tempus proqramı çərçivəsində tərəfdaşlıq
Tarix: 23.05.2013 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti Tempus proqramının “Avropa Birliyi araşdırmaları üzrə kurikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” layihəsi çərçivəsində Niderlandın Leyden Universiteti ilə də tərəfdaşlıq edir. Bu tərəfdaşlığın davamı olaraq Leyden Universitetinin əməkdaşı, iqtisadiyyat üzrə fəlsəfə doktoru D.M. Oude Nijhuis universitetdə olub, İqtisadiyyat, Sosial idarəetmə və hüquq, Beynəlxalq münasibətlər və xarici dillər fakültələrinin tələbələri üçün Avropada iqtisadi böhran, inflyasiya problemləri, onların aradan qaldırılması yolları ilə bağlı mühazirə söyləyib.
Mühazirədən əvvəl Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov çıxış edərək müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılmasının aktuallığından, bu istiqamətdə universitetdə görülən işlərdən danışıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti dünyanın 73 tanınmış ali məktəbi ilə əməkdaşlıq etməklə yanaşı, Avropa Birliyi ölkələrinin Tempus proqramının beş layihəsində uğurla iştirak edir. Rektor vurğulayıb ki, bu əməkdaşlıq tərəfdaş Avropa ölkələrinin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı, Bolonya sisteminin tam tətbiqinə nail olmaq, tələbələrin xaricdə təhsil alması və dünyəvi elmi təcrübə qazanmasını təmin etmək, yeni informasiya texnologiyalarının tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra Leyden Universitetinin mütəxəssisinin mühazirəsi dinlənilib. Mühazirədə qlobal iqtisadi böhran, Avropa valyuta sistemindəki müasir vəziyyət və inflyasiya, makroiqtisadi tarazlığın pozulması, işsizliyin artması və sosial rifah halının aşağı düşməsi kimi aktual problemlərə toxunulub, Avropa Birliyi ölkələrinin iqtisadi inkişaf konsepsiyalarından bəhs olunub. Müxtəlif statistik fakt və rəqəmlərdən, diaqramlardan ibarət slaydlar vasitəsilə diqqətə çatdırılan məruzə maraqla qarşılanıb.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info