Yevlax rayonunun sosial-iqtisadi göstəriciləri yüksəlib
Tarix: 30.01.2018 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlax rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı təmin edilib.
Yevlax rayon Statistika İdarəsindən bildiriblər ki, 2017-ci ildə bir sıra kənd təsərrüfatı məhsulları istehsalında artım qeydə alınıb. 2016-cı illə müqayisədə buğda istehsalı 19,9 faiz, arpa istehsalı 5,6 faiz, çəltik istehsalı 6,7 dəfə, qarğıdalı istehsalı 47 faiz, günəbaxan istehsalı 33 faiz, pambıq istehsalı 2,3 dəfə artıb.
Heyvandarlıq məhsulları və barama istehsalında da artım olub. Ət istehsalında 0,1 faiz, yun istehsalında 1,3 faiz, yumurta istehsalında 0,4 faiz, barama istehsalında 3 dəfə artım qeydə alınıb.
Rayonun təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün payızlıq səpin də uğurla həyata keçirilib. 20 min 403 hektarda şum qaldırılıb, 11 min 612,69 hektarda payızlıq bitkilər, o cümlədən 5778,59 hektarda buğda, 4786,1 hektarda arpa səpilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info