“Rusiyaya Ermənistan yox, Ukrayna lazımdır”
Tarix: 23.05.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Politoloq Fedor Lukyanov: “İrəvanın Gömrük İttifaqına üzv olması üçün Ermənistana təzyiq edilməsi heç kimə lazım deyil”

Rusiyalı ekspertdən xəbərdarlıq:
“Əgər Ermənistan hərbi baza məsələsini gündəmə gətirərsə, bu, hərbi-siyasi və geosiyasi mənada onların əleyhinə işləyəcək”

Rusiyanın Ermənistana satdığı qazın qiymətinin artırılması ilə bağlı danışıqlar aparılır. Mavi yanacağın qiymətinin artırılması məsələsi ilin əvvəlindən gündəmdədir. Sadəcə, Sərkisyan seçki vaxtı belə bir məsələnin gündəmə gəlməsini istəmədiyindən məsələ indi gündəmə gətirilib. Ermənistan mətbuatı, ekspertlər son bir həftə ərzində bu məsələni aktiv şəkildə müzakirə edirlər.
Ermənilərin ümumi rəyi bundan ibarətdir ki, Rusiya Ermənistanla bağlı müəyyən planlarını həyata keçirmək üçün qazın qiymətinin artırılmasını ortaya atıb. Konkret misal kimi, Gömrük İttifaqı, Avrasiya İttifaqı göstərilir. Hesab edilir ki, Moskva bu ittifaqlara qoşulması üçün qaz vasitəsilə İrəvana təzyiq edir. Amma Rusiyada bunun əksini düşünürlər. “Birinci informasiya”ya açıqlama verən “Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru, politoloq Fedor Lukyanov hesab edir ki, qazın qiymətinin artırılması ilə bağlı məsələ siyasi yox, iqtisadi xarakterlidir. O, Ermənistanda bu məsələ ilə bağlı səsləndirilən fikirlərlə razı olmadığını dilə gətirib: «Ermənistanın Gömrük İttifaqına qoşulması məsələsi nəzəri cəhətdən mümkündür və bu məsələ müzakirə predmeti olacaq, amma indi yox. Ermənistan bunu istəsə belə, reallaşması bir qədər çətin olacaq. Əvvəla, Ermənistan Rusiya və Gömrük İttifaqına üzv olan digər dövlətlərdən izolə olunub və onlarla ümumi sərhədə malik deyil. Ermənistanın Gömrük İttifaqına qoşulması məsələsi siyasi gündəmdə də yoxdur. Üstəlik, bu təşkilat özü hələ formalaşmanın ilk mərhələsindədir. İndi aktiv müzakirə olunan məsələ Ukraynanın Gömrük İttifaqına qoşulmasıdır ki, burada da ciddi fikir ayrılıqları var. Ukrayna nəhəng iqtisadiyyata, bazara malikdir və belə bir ölkənin Gömrük İttifaqında olması yaxşı haldır. Amma bu, ciddi xərclə əlaqəli işdir. Qırğızıstan və Tacikstanın da ittifaqa qoşulması məsələsi müzakirə olunur. Bu iki dövlət «EvraAzEs»in üzvüdür. Gömrük İttifaqı isə faktiki olaraq bu qurumun bazasında formalaşdırılır. Ermənistanın üzvlüyü məsələsi müzakirə olunmur, İrəvanın Gömrük İttifaqına üzv olması üçün Ermənistana təzyiq edilməsi heç kimə lazım deyil. Ermənistanın ittifaqa üzv olması məsələsi aktuallaşarsa, təşkilatın daxilində müəyyən dəyişikliklərin olması istisna deyil. Ola bilsin ki, Ermənistan məsələsi Cənubi Qafqazdakı müəyyən dəyişikliklərə görə gündəmə gəlsin. Bilirsiniz ki, Rusiya Gürcüstanla münasibətlərin normallaşması istiqamətində ciddi prosesə start verib. Amma bu gün Ermənistanın ittifaqa üzv olması məsələsi gündəmdə deyil, ona görə də bu mövzu Ermənistana təzyiq üçün əsas deyil». Jurnal redaktoru bir daha bildirib ki, indiki halda Ermənistan satılan qazın qiymətinin artırılması sırf iqtisadi səbəblərlə bağlıdır: «Qazprom» şirkəti üçün indi heç də yaxşı vaxt deyil. Şirkət büdcədəki qızıl hissəsini təmin edə bilmir. Yanacaq bazarı, Avropa bazarı demək olar ki, hər gün dəyişir. Ona görə də şirkət gəlirini maksimallaşdırmağa çalışır. Qazın qiymətinin artırılması sırf iqtisadi xarakterlidir. Bu məsələdən siyasi məqsədlər üçün istifadə olunması sonradan Rusiyanın əleyhinə işləyə bilər». Qiymət məsələsinə cavab olaraq Ermənistanın «İrs» partiyasının üzvləri bu ölkədəki Rusiya hərbi bazaları üçün konkret icarə haqqı müəyyənləşdirməyi təklif ediblər. Politoloq Lukyanov hesab edir ki, bu təklif real deyil: «Ermənistan elə hərbi-siyasi situasiyadadır ki, Rusiya bazaları Moskvaya güzəşt yox, Ermənistan üçün zəruri ehtiyacdır. Azərbaycan və Türkiyə faktorunu, izolyasiya amilini, İranla aydın olmayan münasibətləri nəzərə alsaq, görərik ki, Rusiya hərbi bazası Ermənistan üçün təhlükəsizlik faktorudur. Əgər Ermənistan bu məsələni gündəmə gətirərsə, bu, hərbi-siyasi və geosiyasi mənada onların əleyhinə işləyəcək. Ermənistan bu cür instrumentlərdən istifadə etməməlidir. Çünki Ermənistanın təhlükəsizliyinə Rusiyadan başqa təminatçı yoxdur».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info