Tərtərdə 18 aztəminatlı ailəyə biznes qurmaq üçün 83800 manatlıq zəruri mal və materiallar verilib
Tarix: 30.01.2018 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Prеzidеnt İlhаm Əliyеvin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Sərəncamın icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2017-ci ildə Tərtər rayonunda 18 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün 83 min 800 manat dəyərində zəruri mal və materiallar verilib.
Bu barədə Tərtər Rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev məlumat verib.
Onun sözlərinə görə, vətəndaşlar verilmiş aktivlər hesabına əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə ailə təsərrüfatlarını formalaşdırıblar. Həmin ailələrdən 14-ü kənd təsərrüfatı (heyvandarlıq, inkubator və quşçuluq), 3-ü bərbər, 1-i dərzilik üzrə fəaliyyət göstərir. Bu il isə Tərtərdə özünüməşğulluq proqramı çərçivəsində 100-dən çox ailə dövlət dəstəyindən faydalanacaq.
Özünüməşğulluq proqramından yararlanaraq inkubator sexi açan Tərtər şəhər sakini Nurəddin Xanlarov deyib: “Cücə yetişdirmək üzrə biznesimi qurmaq istəyirdim. Bununla əlaqədar rayon Məşğulluq Mərkəzinə müraciət еtdim və lаzımi kömək göstərildi. Təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələndim. Qiymətləndirmədə üstünlük qazandım. Bundan sonra mənə bir dəfəyə 2000-2500 cücə çıxarmaq qabiliyyətinə malik yetişdirmə aparatı verdilər. Beləcə, öz evimdə cücə yetişdirməklə biznesimi qurmağa başladım”.
Onun dediyinə görə, ötən ilin yaz mövsümündə 20 mindən çox cücə bəsləyib, 3700 manat qazanc əldə edib. Noyabr ayından indiyədək isə inkubatorda 28 min cücə çıxışı olub. Məqsədi gələcəkdə biznesini daha da genişləndirməkdir.
Seydimli kənd sakini Səbinə Məmmədovaya isə öz məşğulluğunu təmin еtmək üçün keçən ilin mart ayında biri yanı balalı olmaqla, üç baş inək verilib. “Ötən müddət ərzində heyvanların sayı artaraq 6-başa çatıb. “Həm ailəmizin süd məhsullarına olan tələbatını ödəyir, həm də süd, qatıq, pendir satmaqla gəlir əldə edirik. Göstərilən bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”, – deyə S.Məmmədova vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info