Naxçıvanda 47 minə yaxın yeni iş yeri açılıb
Tarix: 30.01.2018 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Muxtar respublikada 2007-ci illə müqayisədə 2017-ci ildə ümumi daxili məhsul istehsalı 5 dəfə, sənaye məhsulu 7,9 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 4,5 dəfə, kənd təsərrüfatı məhsulu 3,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 2 dəfə, informasiya və rabitə xidmətləri 3,1 dəfə, pərakəndə əmtəə dövriyyəsi 6,4 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 4,7 dəfə artıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalinin məşğulluğunun təmin olunması ilə əlaqədar 2007-ci ildən 2018-ci il yanvarın 1-dək muxtar respublikada 46 min 717 yeni iş yeri açılıb. Bunun da 84,7 faizi daimi iş yerləridir. Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq bu gün rəsmi işsiz statusu alan şəxs qeydə alınmayıb, məşğul əhalinin sayı 2007-ci ilin sonu ilə müqayisədə 1,3 dəfə artaraq 235,5 min nəfərə çatıb.
Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin edib, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 416 manatı ötüb. 2007-ci ildə bu göstərici 153,9 manat səviyyəsində olub.
Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, səmərəli məşğulluğun təmin edilməsi əhalinin rifah halını yaxşılaşdırıb, alıcılıq qabiliyyətini yüksəldib. Bunun nəticəsində 2017-ci ildə muxtar respublikanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 2007-ci illə müqayisədə 6,3 dəfə artaraq 1 milyard 596 milyon manatı ötüb. İstehlak malları üzrə satışın 9,2 faizi ticarət təşkilatlarının, 19,6 faizi kənd təsərrüfatı məhsulları bazarlarının, 17,2 faizi ərzaq, qeyri-ərzaq və qarışıq mallar satışı ilə məşğul olan yarmarkaların və 54 faizi fiziki şəxslərin payına düşüb. Satılmış məhsulların 50,5 faizini ərzaq, 49,5 faizini isə qeyri-ərzaq məhsulları təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Nazir müavini: Ölkədə 990 mindən çox sahibkar fəaliyyət göstərir
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info