“Balakən” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara verilib
Tarix: 30.01.2018 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus “Balakən” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. Gəmi sınaq üzüşündən də uğurla çıxıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib ki, gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, baş və köməkçi mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib.
Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib.
“Balakən” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar edilir. Gəmi-bərə Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq.
Məlumat üçün bildirək ki, uzunluğu 154.50, eni isə 17.0 metr olan gəminin maksimal sürəti 13.9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Torpağın təyinatına zidd istifadəsi ilə bağlı 2 nəfər cərimələnib
19.09.2018
SOCAR Xəzərdə yeni perspektiv strukturların axtarışları üçün xarici şirkətləri cəlb edir
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
19.09.2018
Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info