Mirmahmud Mirəlioğlunun namizədliyi müxalif düşərgədə aranı qatdı
Tarix: 30.01.2018 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Müxalifətin sosial şəbəkələrdəki “atəşkəsi” pozuldu

Azərbaycanda müxalifət partiyalarının rəhbərləri siyasi səbatsızlıqlarını hələ iqtidarda olarkən ortaya qoymuşdular. Bu gün ayaqda qalmaq üçün son addımlarını atan və imitasiya xatirinə seçkidən-seçkiyə fəallıq göstərən həmin siyasət adamları rəhbərlik etdikləri partiyalarla xalq arasında inama, dəstəyə sahib ola bilmirlər. Ümumiyyətlə, hər kəsə bəllidir ki, bu adamların illər öncə partiya yaratmalarının özü siyasi alver üçün atılmış bir addım idi. Hələ Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində İsa Qəmbər yeni partiya yaratmaqla anormal bir gediş etmiş oldu. Əslində, bu gediş uzun illərə hesablanmışdı. İsa Qəmbər hakimiyyətdə yüksək vəzifə tuta-tuta hakimiyyətin daxilində yeni bir siyasi partiya yaratmaqla əlində güclü təsir vasitəsi saxlamaq istəyirdi. Çünki əgər bu yeni yaranan partiya müxalifət partiyası idisə, İsa Qəmbər öz postundan istefa verməli idi. Yox, koalisiya partiyası idisə, bu da rəsmən elan olunmalıydı ki, həmin hökumət koalisiyadan formalaşıb. Yəni indiki müxalif liderlər hələ o zaman anormal addımlarla yadda qalırdılar. Eləcə də 90-cı illərin sonunda AXCP-nin daxilində Yurd təşkilatının yaradılmasını misal göstərmək olar.
Bütün bunlar onu göstərir ki, Azərbaycan müxalifətinin liderləri lap əvvəldən sağlam ideoloji platformalarla hərəkət etməyiblər, liderlik ambisiyalarının gerçəkləşməsi üçün bir-birinə qənim kəsiliblər.
Hətta ən maraqlısı odur ki, bu adamlar 98-ci ilin prezident seçkilərində müxalifətdən vahid namizəd irəli sürə bilmədilər. Onlar Əbülfəz Elçibəyin vahid namizədliyini belə, qəbul etmədilər. Həmçinin 2000-ci ildə proporsional qaydada keçirilən parlament seçkilərində də müxalifət vahid siyahı məsələsində ortaq məxrəcə gələ bilmədi. Qısası, müxalifət əzəldən öz daxilində normal və sağlam bir mühit yarada bilmir.
Bu proseslər bu gün də davam edir. Belə ki, birləşmək, bütün gücü ortaya qoyaraq həqiqətən də siyasətdə səmimi olduqlarını göstərmək əvəzinə, öz ambisiyalarını ortaya atırlar. Hər bir müxalifət partiyası seçkiyə ayrı-ayrılıqda qatılacağını göstərir. Bunun ilk işartıları da artıq görünməkdədir.
Belə ki, ciddi siyasi prinsiplər əsasında meydana çıxmaq əvəzinə bir-biri ilə söz savaşına çıxan müxalifət partiyalarında nisbətən loyallığı ilə seçilən Klassik Xalq Cəbhəsi Partiyası artıq öz namizədini müəyyənləşdirdi. KXCP Ali Məclisinin iclasında bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri müzakirə edilib və partiyanın Ali Məclisi KXCP sədri Mirmahmud Mirəlioğlunun növbəti prezident seçkilərində namizədliyini irəli sürüb.
Əslində, bunun özü də normal qarşılanmalıdır. Çünki KXCP artıq nə Əli Kərimliyə, nə də Müsavata inanmır! Amma Müsavat partiyası və AXCP fəalları bununla bağlı sosial şəbəkədə gedən xəbərdə nəinki Mirmahmud Mirəlioğlunun bostanına daş atıblar, onlar bir-birinə də təhqir dolu ifadələr işlədiblər. Ən maraqlısı isə odur ki, hər kəs öz liderinin real namizəd, bu işdə ən vacib fiqur olacağını iddia edib. Belə ki, Müsavat fəallarından biri iddia edib ki, İsa Qəmbər Mirmahmud Mirəlioğlu ilə eyniləşdirilə bilməz, o Elçibəydən sonra müxalifətin ən layiqli lideri sayılır. Cəbhəçilərdən biri isə bundan qeyzlənərək onu aşağılayıb cavab verib ki, elə Elçibəyi satan və xalqın inamını qıran İsa Qəmbər özü olub...
Ümumiyyətlə, bu kimi düşmənçiliklərdən belə qənaətə gəlmək olur ki, müxalifət liderlərinin bir-biri ilə radikal şəkildə rəqabət aparması həm də onu göstərir ki, öz aralarında vahid məxrəcə gələ bilməyənlərin ortaya ölkəyə rəhbərlik etmək kimi iddia qoyması xalq tərəfindən də dəstəklənməyəcək. Hətta belə görüntü yaranır ki, bu adamlar öz partiyasını tərk eləsə, həmin qurum dağılacaq. Bu da onu göstərir ki, ölkədəki müxalif siyasi qurumlar hələ də normal siyasi təsisatlar səviyyəsinə qalxa bilməyib.
Qısası, müxaliflər seçkilərdə qalib gəlmək iddiasında olduğunu göstərmək üçün lazım olan fəaliyyət göstərmək əvəzinə, yenə də öz aralarında davaya başlayırlar. Bu da inamsızlıq kompleksinin nəticəsində meydana çıxır. Onlar bir-birilərnə belə, inanmırlar. Belə isə xalq necə bu qüvvələrə inansın?
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info