“Azərbaycandakı tolerantlıq və birgəyaşayış ənənələri məndə dərin təəssüratlar yaratdı”
Tarix: 30.01.2018 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya parlamentinin deputatı Duarte Paçeko Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olub. Bu barədə komitədən məlumat verilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı görüşdə qonağa Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq, multikulturalizm ənənələri barədə məlumat verib. O bildirib ki, ölkəmizdə hazırkı dövlət-din münasibətləri əsrlər boyu Azərbaycan xalqının formalaşdırdığı qarşılıqlı hörmət və dözümlülük ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə yönəlib.
Portuqaliyalı deputata Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verən Mübariz Qurbanlı ölkəmizdə dini radikalizmə qarşı inzibati, iqtisadi və ideoloji istiqamətlərdə aparılan mübarizənin artıq nəticə verdiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr Ermənistanın Azərbaycan torpaqlarını zəbt etdiyini, işğal altında olan ərazilərimizdə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulduğunu diqqətə çatdırıb.
Portuqaliya parlamentinin deputatı Duarte Paçeko Azərbaycandakı tolerantlıq və birgəyaşayış ənənələrinin, həmçinin bu istiqamətdə yürüdülən dövlət siyasətinin onda dərin təəssüratlar yaratdığını bildirib. O, Azərbaycanın və Portuqaliyanın bu sahədə birgə əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğu qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info