ƏƏSMN: “Sosial problemlərlə əlaqədar 11,7 min nəfərdən çox vətəndaş fərdi qaydada qəbul edilib”
Tarix: 30.01.2018 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin obyektiv şəkildə cavab verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində mühüm yer tutur. Keçən il də bu sahədə istisnalıq təşkil etməyib: nazirliyin rəhbərliyi və məsul şəxsləri 11 min 751 nəfər vətəndaşı fərdi qaydada qəbul edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlardan 773 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən qəbul edilib. Onlardan 119 nəfərin nazirlikdə və 654 nəfəri “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq ölkəmizin rayon və şəhərlərində keçirilən qəbullar zamanı dinlənilib. Bundan başqa 418 nəfər vətəndaş nazir müavinləri və aparat rəhbəri, qalan vətəndaşlar isə nazirliyin struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilib. Müraciətlərin əksər hissəsi sosial təminat, pensiya və müavinət təyinatı, əmək qanunvericiliyi, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, sosial sığorta və s. məsələlərlə əlaqədar olub.
Son illərdə əmək və sosial müdafiə sahələri üzrə əhaliyə xidmət sektorlarında elektron sistemlərin tətbiqi nəticəsində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təminatı öz ifadəsini nazirliyin qəbul otağına müraciət edənlərin sayının getdikcə azalmasında tapıb. 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağına müraciət edənlərin sayı əvvəlki illə müqayisədə 3,5 dəfə azalıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info