Avropa Komissiyası rəsmisi Quba Soyqırımı Memorial Kompleksində olub
Tarix: 30.01.2018 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə rəhbəri Quba Soyqırımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan verilən məlumata görə, Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında nəqliyyat sektorunda əməkdaşlığın inkişafını və bir sıra layihələri müzakirə etmək məqsədi ilə Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində Avropa Komissiyasının nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.
Eyni zamanda, nümayəndə heyəti, eləcə də Aİ-nin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Quba rayonunda səfərdə olublar. Nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Soyqırımı Memorial Kompleksini və ermənilərin xalqımıza qarşı həyata keçirdiyi kütləvi soyqırım nəticəsində həlak olmuş insanların kütləvi məzarlığını ziyarət edib. Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb.
Daha sonra ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Nümayəndə heyətinin rəhbəri Henrik Hololey Soyqırım Memorial Kompleksindəki xatirə kitabına ürək sözlərini yazıb.
Eyni zamanda, nümayəndə heyəti “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialında olan qonaqlara Azərbaycan xalçaçılıq sənəti haqqında geniş məlumat verilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info