Albaniyada çap olunan qəzetdə “Palitra” manşet olub
Tarix: 30.01.2018 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Albaniyada çap olunan “Albanlar və Azərbaycan” qəzetinin xüsusi buraxılışında “Palitra” qəzeti manşet olub. Belə ki, “Albanlar və Azərbaycan” qəzetində Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədri Entela Muçonun 18.04.2017 tarixində “Palitra” qəzetində dərc olunan müsahibəsi alban və türk dillərində verilib. Entela Muço müsahibədə iki ölkə arasında dostluq münasibətlərindən, xalqımıza olan sevgisindən, Azərbaycanın Albaniyada tanıması istiqaməti gördüyü işlərdən danışıb.
Qeyd edək ki, “Albanlar və Azərbaycan” qəzeti Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyəti tərəfindən iki (alban və türk) dildə nəşr olunur. Onu da əlavə edək ki, Entela Muço Azərbaycanı sevən və Albaniyada Qarabağ həqiqətlərini təbliğ edən alimdir. O, Orta əsrlər, müasir dövr və Türkiyə Respublikası dövrü üzərində tarixi araşdırma aparıb. Eyni zamanda, Osmanlı dili üzrə mütəxəssisdir. Avşarlar mövzusunda doktorluq dissertasiyası yazmış Entela Muço hazırda Albaniya Baş Arxivlər İdarəsi Türk əlyazmaları şöbəsinin müdiri vəzifəsində çalışır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
İmamoğlu: İstanbulda qanun və ədalət hökmranlıq edəcək
23.06.2019
Azərbaycan MDB-də ən yüksək minimum əməkhaqqı olan ölkələr kateqoriyasına daxil oldu
23.06.2019
Valdis Zatlers: Çernobıl qəzasında insanlar günahkar idi
22.06.2019
Azərbayan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması dünya üçün də bir ismarışdır
22.06.2019
Ölkəmizdə aparılan sosial islahatlar Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info