“ABAD” daha bir nəfərə dəstək oldu
Tarix: 30.01.2018 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icra olunan “Ailə Biznesinə Asan Dəstək” – “ABAD” layihəsi ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına, regional inkişafa böyük dəstək verir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev “ABAD” layihəsinin imkanlarını geniş qiymətləndirərək deyib: “Bu il biz, eyni zamanda, “Ailə Biznesinə Asan Dəstək” layihəsinin sürətli inkişafını görəcəyik. “ABAD” mərkəzlər artıq yaradılır və mən, ümumiyyətlə, bu şəraitlə, imkanlarla tanış olmuşam. Bu da çox gözəl təşəbbüsdür. Bu, fermerlərə, ailə təsərrüfatlarına imkan verir ki, öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarsınlar. Yenə də dövlət bütün öhdəliyi, bütün yükü öz üzərinə götürür. Fermerlərə, ailələrə konteynerlər, metodik tövsiyələr verilir, şərait yaradılır ki, onlar öz həyatlarını daha da yaxşılaşdıra bilsinlər”.
“ABAD”ın dəstəyindən yararlanan fermerlərdən biri də Balakən rayonunun Qullar kənd sakini Eldar Novruzovdur. O, uzun illər Bakıda yaşasa da, 20 il əvvəl kəndə qayıdıb, təsərrüfatla məşğul olmağa başlayıb. Novruzovlar ailəsi bir müddət sonra həyətlərində olan müxtəlif növ meyvələrdən cem və mürəbbə bişirməklə öz kiçik ailə biznesini yaradıb. Kustar üsulla hazırlanan bu məhsulların bir hissəsini yerli bazarda satışa çıxarıb, qalan hissəsini isə qohumlara, dost-tanışa veriblər.
Eldar Novruzov biznesini inkişaf etdirmək, istehsal potensialını genişləndirmək üçün “ABAD” layihəsindən faydalanmaq qərarına gəlib və bu məqsədlə Balakəndə fəaliyyətə başlayan “ABAD Mərkəzi”nə müraciət edib. İstehsalçının müraciəti “ABAD” tərəfindən müsbət qarşılanıb və ona zəruri istehsal avadanlığı ilə təchiz edilmiş monoblok-konteyner təqdim olunub.
“ABAD”la əməkdaşlıqdan məmnunluğunu ifadə edən Eldar Novruzov  deyib: “Bir ilə yaxındır ki, “ABAD”la əməkdaşlıq edirəm. Bizim üçün “4 fəsil” brendi yaradılıb. Artıq məhsullarımız ticarət şəbəkələrinə bu adla çıxarılır. Biz “ABAD”ın dəstəyindən çox məmnunuq. Hələlik 6 növ mürəbbə istehsal edirik. Gələcəkdə cem də istehsal etməyi planlaşdırırıq. İndiyədək satış üçün Bakı şəhərinə min bankaya yaxın mürəbbə göndərmişik. Bir o qədər də hazır məhsulumuz var. İnanıram ki, “ABAD”la əməkdaşlıq ailəmizin büdcəsinə daha çox gəlir gətirəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info