DİA-da AXC-nin 100 illiyinə həsr edilmiş kitabın müzakirəsi keçirilib
Tarix: 30.01.2018 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “ADR - İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının müzakirəsi keçirilib. Kitabın ideyasının və “Ön söz”ünün müəllifi, elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Nəşr Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı Sərəncamına əsasən Cümhuriyyətin yubileyinə töhfə olaraq hazırlanıb. Tədbirdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Qafqaz Fövqəladə Komissiyasının sənədləri” adlanan və ilk dəfə ana dilimizdə nəşr edilən diplomatik yazışmalar toplusunun 1919-1920-ci illərdə İranla Azərbaycan Xalq Cümhuriyyətinin siyasi əlaqələrinə dair mühüm tarixi mənbələrdən biri olduğunu bildirib. Rektor qeyd edib ki, “ADR - İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının böyük əhəmiyyəti var və ADR-in siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq tutmağa imkan verəcək. Bu əsər, həmçinin müasir idarəçilik sahəsində kadrların hazırlanması prosesi üçün olduqca əhəmiyyətlidir. Tədbirdə digər çıxış edənlər də kitabla bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, aktual mövzuları əhatə edən elmi əsərləri ilə vaxtaşırı oxucuların diqqətini cəlb edən akademik Ramiz Mehdiyevin ideya və “Ön söz”ün müəllifi, elmi redaktoru olduğu “ADR - İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” adlı kitab 98 sənədin birləşdiyi toplu olmaqla yanaşı, Qafqaz bölgəsində cərəyan edən siyasi proseslərin tədqiqi baxımından böyük əhəmiyyətə malikdir.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir
19.02.2019
“Sistemli Satış üçün CRM“ mövzusunda təlim keçiriləcək
19.02.2019
“Keyfiyyətli təhsil-səriştəli müəllim kompetensiyaları” mövzusunda ödənişsiz təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info