ADPU-da “Ən yaxşı öyrətmə təcrübələri”
Tarix: 30.01.2018 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) mütərəqqi beynəlxalq təcrübənin, innovativ layihə və proqramların öyrənilib həyata keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan, yanvarın 30-da ADPU-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) Lehingh Universitetinin Fulbrayt təqaüdü üzrə eksperti, professor Jill Sperandionun iştirakı ilə “Ən yaxşı öyrətmə təcrübələri” mövzusunda keçirilən dəyirmi masa diqqəti cəlb edir. Dəyirmi masada ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, filial direktorları və müəllimlər iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, xanım Jill Sperandion təhsil siyasəti və idarəçiliyi üzrə tanınmış və nüfuzlu mütəxəssisdir. Dünyanın bir çox ölkələrində uğurla fəaliyyət göstərib. Hazırda professor Jill Sperandion Fulbrayt proqramı çərçivəsində ölkəmizdə çalışır. ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi və əldə edilmiş qarşılıqlı razılıq əsasında xanım Jill Sperandion ADPU-da 4 ay müddətində fəaliyyət göstərəcək. Professor Jill Sperandion universitetdə həyata keçirilməsi nəzərdə tutulan bir çox işlərə dəstək verəcək.
Sonra təqdimatla çıxış edən professor Jill Sperandion qeyd edib ki, ADPU böyük və zəngin tarixə malikdir. Universitetdə həyata keçirilən islahatlar, yeniliklər təhsilin müasir standartlara uyğunlaşması üçün çox vacibdir. Təhsil yalnız faktları öyrənmək, qeydə almaq, yaddaşa köçürmək deyil. Müasir dünyamızda yaddaş məktəbindən, hafizə məktəbindən təfəkkür məktəbinə keçid prosesi gedir. Təhsil- müstəqil, yaradıcı, tənqidi düşünməyi öyrətməkdir. Çağdaş dövrümüzdə cəmiyyət sürətlə inkişaf edir, dəyişir və yeniləşir. Buna görə də cəmiyyətlə birgə təhsil və öyrətmə sistemimiz də dəyişməlidir. Biz XXI əsrin təhsil fəlsəfəsinə uyğun olaraq tələbələrdə azad seçim, ünsiyyət, yaradıcılıq, tənqidi düşüncə və əməkdaşlıq etmək bacarıqlarını formalaşdırmalıyıq. Bu bacarıqları formalaşdırmaqla biz tələbələri daha yaxşı və effektli öyrədə bilər, onların peşəkar və dinamik inkişafını təmin edə bilərik. Professor Jill Sperandion təqdimatında müasir tədris metodları barədə də ətraflı məlumat verib.
Dəyirmi masada təqdimat üzrə maraqlı və səmərəli sual-cavab sessiyası keçirilib. İştirakçıların fəallığı şəraitində keçən dəyirmi masada dosent Eldar Aslanov, professor Buludxan Xəlilov, professor Fərrux Rüstəmov, dosent Şahin Pənahov, professor Müseyib İlyasov, professor İramin İsayev, dosent Əli Zalov, dosent Gülşən Novruzova çıxış edərək professor Jill Sperandionun tədqiqatların nəticələrinə əsaslanan təqdimatını yüksək qiymətləndirərək mövzu ilə bağlı öz fikir və təkliflərini bölüşüblər.
Dəyirmi masanı yekun sözü ilə bitirən rektor Cəfər Cəfərov təqdimatda səslənən fikirlərin, irəli sürülən təkliflərin, vəzifələrin uğurla həyata keçirilməsi, tədris prosesinin səmərəli təşkili və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”
18.09.2018
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18.09.2018
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub
18.09.2018
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info