Bakı daha bir möhtəşəm yarışa ev sahibliyi etməyə hazırlaşır
Tarix: 23.05.2013 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Feysəl Əbdüləziz Əl-Nəssar: “Bakının idman infrastrukturu
oyunları yüksək səviyyədə keçirməyə imkan verir”


IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə bağlı yekun qərar cari ilin iyulunda qəbul olunacaq


“Bakı 2017 İslam Həmrəyliyi Oyunları” ilə əlaqədar olaraq beş nəfərdən ibarət İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) nümayəndə heyəti Azərbaycanda səfərdədir. Dəyərləndirmə xarakteri daşıyan səfərin ilk üç günü qonaqların Milli Olimpiya Komitəsi rəhbərliyi (MOK), dövlət rəsmiləri və idman federasiyaları ilə qapalı görüşləri təşkil olunub.
Görüşlərin yekunu olaraq “Hilton Baku” mehmanxanasında mətbuat konfransı keçirilib. Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, yaradılmış idman infrastrukturu yüksək qiymətləndirilmiş və respublikamızın mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsindən danışıb.Bildirib ki, üç gün ərzində maraqlı müzakirələr aparılmış və müxtəlif təkliflər irəli sürülüb. Səfər çərçivəsində qonaqlar Bakıdakı idman infrastrukturu ilə tanış olmuş və onlara inşa olunan obyektlər barədə məlumat verilib. Paytaxtımızda mövcud infrastrukturun qonaqlarda yüksək təəssüratlar yaratdığını diqqətə çatdıran nazir Bakının IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı yekun qərarın cari ilin iyulunda İHİF-nin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək Baş Assambleyasında qəbul olunacağını diqqətə çatdırıb.
IV İslam Həmrəyliyi Oyunlarınadək ölkəmizdə bir neçə mötəbər tədbir və yarışların keçiriləcəyini diqqətə çatdıran A.Rəhimov gələn il Bakıda Dünya İdman Jurnalistləri Assosiasiyasının konqresi, 2015-ci ildə birinci Avropa Oyunları, həmçinin şahmat üzrə Dünya Kuboku yarışları, 2016-cı ildə isə şahmat üzrə Olimpiadanın təşkil olunacağını vurğulayıb. 2017-ci ildə təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə namizəd şəhər olan Bakının imkanlarını yüksək qiymətləndirən nazir Azərbaycanın möhtəşəm tədbirlərə ev sahibliyi etməsi baxımından böyük təcrübəyə malik olduğunu diqqətə çatdırıb.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yarışın qaydaları barədə məlumat verib və İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, bu təkcə idman yarışı deyil, həm də ölkələr arasında həmrəylik və dostluq bayramıdır. IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olacaq idman növlərinin bir qisminin artıq müəyyənləşdiyini diqqətə çatdıran Ç.Hüseynzadə Bakıda təşkil olunacaq yarış zamanı olimpiya və qeyri-olimpiya idman növləri ilə yanaşı, paralimpiya idman növləri üzrə də oyunlar keçiriləcək.
Yarışın proqramında voleybol, üzgüçülük, gimnastika, həndbol, ağır atletika, cüdo, güləş, basketbol, taekvondo, stolüstü tennis, karate, futbol, böyük tennis, atletika, paratletika, paracüdo və parataekvondo idman növləri yer alır. Ev sahibi ölkənin istəyi ilə milli idman növləri də yarışın proqramına salına bilər ki, biz də zorxananı IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil etdik.
İHİF-nin baş katibi Feysəl Əbdüləziz Əl-Nəssar Bakının idman infrastrukturunu yüksək qiymətləndirib, oyunların Azərbaycanın paytaxtında keçirilməsi üçün münbit şəraitin olduğunu diqqətə çatdırıb.
Bildirib ki, İslam Həmrəyliyi Oyunlarında 57 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparır. Yarış Olimpiya Oyunlarının sistemi üzrə və beynəlxalq federasiyaların qaydalarına əsasən, keçirilir. Azərbaycanın dünyada bir idman ölkəsi kimi tanındığı qeyd edən İHİF-nin baş katibi idmançılarımızın qazandığı nailiyyətlərdən məlumatlı olduğunu söyləyib və Bakının əsrarəngiz gözəlliyə malik bir şəhər olduğunu diqqətə çatdırıb. Feysəl Əbdüləziz Əl-Nəssar yarışda təkcə müsəlmanların deyil, digər dinlərə mənsub idmançıların da çıxış etdiyini bildirib.
Həmçinin, tədbirdə qeyd olunub ki, Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi təqdirdə yarış çərçivəsində İslam ölkələrinin film və kulinariya festivalları da təşkil olunacaq.
Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının ilkin loqotipi, MOK-un hazırladığı namizədlik kitabının strukturu barədə ətraflı məlumat verilib. Yarışın keçirilməsi Bakıya həvalə olunarsa, IV İslam Həmrəyliyi Oyunları 2017-ci il iyunun 23-dən iyulun 2-dək olan tarixi əhatə edəcək. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info