Putin ABŞ-ın sanksiya siyahısına münasibət bildirib: “İt hürər, karvan keçər“
Tarix: 30.01.2018 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin ABŞ Maliyyə Nazirliyinin "Kreml hesabatı" sənədinə münasibət bildirib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün səlahiyyətli nümayəndələri ilə keçirilən görüşdə Vladimir PutinABŞ tərəfinin bu addımını dostcasına olmayan hərəkət adlandırıb: "Mən bu sənədi, siyahını görməmişəm. Səhər həmkarlarım məlumat verdilər, lakin siyahıya baxmadım. Bu sənəd və siyahı barədə ümumilikdə demək istədiklərim var. Biz sizinlə birlikdə daha çox özümüz haqqında düşünməliyik. İqtisadiyyatımızı, kənd təsərrüfatımızı, səhiyyəmizi, müdafiə qabiliyyətimizi inkişaf etdirməliyik. Məhz onda hansısa siyahı formalaşdırmağın heç bir mənası olmayacaq. Hədələmək, qorxutmaq - bunların heç bir olmayacaq. Rusiya daxili məsələləri ilə məşğul olmalıdır. İt hürər, karvan keçər. O ki qaldı siyahıya, əslində, bizim hamımızı, yəni 146 milyonu hansısa siyahıya salıblar. Bunun niyə edildiyini anlamıram. Lakin sözsüz ki, bu, dostcasına olmayan aktdır.
 
Bu addım onsuz da mürəkkəb vəziyyətdə olan Rusiya-ABŞ münasibətlərini daha da çətinləşdirir, ümumilikdə, beynəlxalq münasibətlərə böyük zərər vurur. Baxın, görün, nə axmaqlıq baş verir. Rusiyanı Şimali Koreya və İranla bir sıraya qoyurlar, eyni zamanda bizdən xahiş edirlər ki, Şimali Koreyanın nüvə probleminin həllində iştirak edək. Bu, bəyəm axmaqlıq deyil?"
 
Rusiya prezidenti bu siyahını gözlədiklərini də vurğulayıb: "Gizlətməyəcəm, biz bu siyahını gözləyirdik. Cavab tədbirləri görməyə də hazır idik. Bunlar münasibətlərimizi sıfıra endirə biləcək tədbirlərdi. Lakin biz əks addımlar atmaqdan hələlik özümüzü saxlayırıq".
 
V. Putin adının sanksiya tətbiq olunması üçün hazırlanan siyahıya düşməməsinə də münasibət bildirib.
 
"Bu mənə ağır gəlir", - deyə Rusiya lideri bu barədə suala zarafatla cavab verib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”
18.01.2019
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info