“Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
Tarix: 30.01.2018 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Ölkəmizdə dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxlanılması və radikal meyillərin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu fikir yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfransda səsləndirilib.
Yerli hüquq mühafizə orqanları rəhbərlərinin, YAP Şirvan şəhər təşkilatı fəallarının, dini icma sədrlərinin, din xadimlərinin, ilahiyyatçıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev açıb. İcra hakimiyyəti başçısının birinci müavini ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətinin bugünkü inkişaf mərhələsinə gəlib çatmasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin yorulmaz fəaliyyətindən söz açıb.
Şirvandakı sabit dini durum barədə məlumat verən S.Abıyev dini maarifləndirmə tədbirlərinin, dini radikalizmin fəsadlarından bəhs edən sənədli filmlərin nümayişinin əhəmiyyətindən də danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bu ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyət İli” elan edilməsinin önəminə toxunub, müstəqil Azərbaycan Respublikasının 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bildirib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən atılan bu mühüm addım, eyni zamanda, Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətlərinin tarixinə nəzər salmağımıza səbəb olur. Bugünkü nümunəvi dövlət-din modelimiz bizim tariximizə, ənənələrimizə əsaslanır. Sovetlər dövründə dinə qarşı təzyiqlər edilsə də, xalqımız dini-mənəvi dəyərlərə sadiqliyini qoruyub saxlaya bilib.
Mübariz Qurbanlı vurğulayıb ki, müstəqilliyimizin bərpasından sonra dövlət-din münasibətləri, ayrı-ayrı etnoslar arasında əlaqələr, hər bir xalqın mədəni-mənəvi dəyərlərinin öyrənilməsi və təbliği yeni keyfiyyət mərhələsinə qaldırılıb. Nümunəvi siyasətin bu gün yeni formada özünü göstərdiyini deyən Komitə sədri Prezidentimizin dinə qayğısının təzahürü olaraq, 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etdiyini, ötən ilin oktyabr ayında Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi haqqında Fərman imzaladığını diqqətə çatdırıb. Bildirib ki, Fondun nizamnaməsində milli mənəvi dəyərlərimizin təbliği əsas istiqamət təşkil edir.
Dövlət Komitəsinin sədri müasir dövrdə bir sıra siyasi mərkəz və dairələrin, eləcə də bəzi ölkələrin münasibətlərində ikili standartların üstünlük təşkil etdiyini diqqətə çatdırıb, buna görə də humanist dəyərlərin arxa plana keçməsinin heç kəsə sirr olmadığını, din adı altında müxtəlif zərərli qrupların fəaliyyət göstərdiyini bildirib. M.Qurbanlı həmin qrupların dinin əsas fundamental dəyərlərindən kənara çıxaraq, zərərli təşviqatlar aparmaqla insanları din adı altında başqa məqsədlərə yönəltdiyini, onları silahlı münaqişələrə cəlb etdiyini, digər mədəniyyətlərə və dinlərə qarşı qoyduğunu vurğulayıb. Qeyd edib ki, belə bir məqamda milli mənəvi və islami dəyərlərimizin qorunub-saxlanılmasına və təşviqinə böyük ehtiyac var.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov çıxışında dinə dövlət qayğısından bəhs edib. O, müstəqillik dövründə dini ibadətgahların inşa və təmir edilərək yenidən xalqın ixtiyarına verildiyini bildirib. H.Həsənov din xadimlərinin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, dövlət tərəfindən mütəmadi olaraq dini sahəyə maliyyə vəsaitinin ayrıldığını deyib.
Konfransın ikinci hissəsi “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış ediblər. Çıxışlarda dini radikalizmə qarşı mübarizə, cəmiyyətin, xüsusən gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınmasında dini maarifləndirmənin rolu və önəmi kimi məsələlərə toxunulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info