Mirzə Ağadadaş Münirinin əsərlərindən ibarət kitabın təqdimatı olub
Tarix: 30.01.2018 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


30 yanvar 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Akt zalında XIX-XX əsrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan şairi Mirzə Ağadadaş Münirinin anadan olmasının 155 illiyi ilə əlaqədar nəşr olunmuş "Mirzə Ağadadaş Müniri. Əsərlər" adlı kitabın təqdimat mərasimi keçirilib.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimovşairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, M.A.Münirinin zəngin və çoxcəhətli yaradıcılıq diapazonuna malik bir sənətkar olduğunu, qəzəl, rübai, təxmis və digər klassik janrlarda şeir yazmaqla bərabər, dövrün ictimai ab-havasını əks etdirən mənzum məktublar və məqalələr müəllifi olduğunu diqqətə çatdırıb. P.Kərimov şairin yubileyi ərəfəsində belə bir kitabın işıq üzü görməsini onun xatirəsinə yüksək ehtiram əlaməti kimi dəyərləndirib.
Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d. Əzizağa NəcəfzadəMünirinin öz dövründə tanınmış bir qələm sahibi olduğunu, ötən əsrin əvvəllərində onun “Bahar ağlayışı” adlı kitabının nəşr olunduğunu bildirib. Ə.Nəcəfzadə daha sonra şairin 155 illiyinə həsr olunmuş kitabın ərsəyə gəlməsi prosesindən danışıb. O, Ağadadaş Müniri irsinin tanınmış tədqiqatçısı, kitabın tərtibçisi və ön sözünün müəllifi Sona Xəyalın kitabla bağlı gərgin əməyi barədə məlumat verib.
Əlyazmalar İnstitutunun böyük elmi işçisi Rauf Şeyxzamanlı,Füzulişünas alim, filologiya ü.f.d. Vərağa Almasov, Əlyazmalar İnstitutunun şöbə müdiri Qutiyera Cəfərova və digərləri şairin Əlyazmalar İnstitutunda saxlanılan şeirləri, publisistik məqalələri, nəsl şəcərəsi və s. barədə danışmışlar. Kitabin tərtibçisi, Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sonaxanım Hadiyeva (Xəyal) Mirzə Ağadadaş Müniri ilə bağlı uzun illərdən bəri tədqiqat apardığını, müxtəlif qəzet və jurnallarda onun haqqında silsilə məqalələr çap etdirdiyini bildirib. O, şairlə bağlı tədqiqatlarını gələcəkdə də davam etdirəcəyini deyib.
Tədbirdə iştirak edən şairin ailə üzvləri və həmyerliləri təqdimata görə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq bildiriblər.
Ictimaiyyətlə Əlaqələr şöbəsi




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info