Konqresdə Rusiyaya qarşı məxfi toplantı
Tarix: 31.01.2018 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


ABŞ -ın “Kreml hesabatı”na Rusiya Prezident Administrasiyasında və hökumətdə çalışanların, demək olar ki, hamısının adı salınıb

Putin:
“Hədələmək, qorxutmaq - bunların heç biri olmayacaq”


ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Prezidenti Vladimir Putinlə əlaqələri olan siyasətçilər, məmurlar və oliqarxların siyahısını - ötən ilin avqustunda Donald Tramp tərəfindən imzalanan sanksiyalar barədə qanuna müvafiq olaraq “Kreml hesabatı”nı dərc edib. Sənəd artıq Konqresə təqdim edilib. Həmin sənəddə 210 şəxsin adı daxil olunub.
Onlardan 114-ü yüksək vəzifəli məmurlar və dövlət kompaniyalarının rəhbərləri, 96-sı isə oliqarxlardır. “Kreml məruzəsinə” daxil edilmiş biznesmenlər arasında milyarderlər Əlişir Usmanov, Roman Abramoviç, Oleq Deripaska, Vahid Ələkbbərov, Süleyman Kərimov və Yuri Milner də var. Siyahıya Rusiya Prezident Administrasiyasında və hökumətdə çalışanların, demək olar ki, hamısının (43 nəfər) adı salınıb. Putinin dostu sayılan və artıq sanksiyalara məruz qalan Arkadi və Boris Rotenberqlər, həmçinin Gennadi Timçenko da məruzəyə daxil edilib. “Rosneft” kompaniyasının bacısı İqor Seçin və “Qazprom” kompaniyasının rəhbəri Aleksey Millerin adları da siyahıya düşüb. Kreml məmurlarının arasında, əsasən, Prezident Administrasiyasının başçısı Anton Vayno, onun köməkçisi Aleksey Qromov (mətbuatı kurasiya edir), prezidentin mətbuat katibi Dimitri Peskov və başqalarının adları qeyd olunub. Bunun ardından Dimitri Medvedyev başda olmaqla hökumət üzvləri gəlir.


“Rusiyanı Şimali Koreya və İranla bir sıraya qoyurlar, eyni zamanda bizdən xahiş edirlər ki, Şimali Koreyanın nüvə probleminin həllində iştirak edək”


Məruzəyə baş nazirin bütün 7 müavini və 22 nazir daxil edilib. Parlamentin hər iki palatasının spikerləri Vyaçeslav Volodin və Valentina Matviyenkonun, Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidmətinin rəhbərləri Sergey Narışkin və Aleksandr Bortnikovun, Baş qərargahın rəisi Valeri Gerasimovun adları da “Kreml hesabat”ına düşüb. Siyahı sanksiyaları nəzərdə tutmur. Məruzədə adları keçən şəxslərə hələlik heç bir məhdudiyyətlər tətbiq olunmayıb və onlarla əməkdaşlığa görə cəza verilmir. Rusiyadan ABŞ-ın bu addımına ilkin reaksiya verilib.
“Kreml hesabatı” Rusiya rəhbərliyinə, prezidentinə qarşı mənfi münasibət oyatmağa, seçki astanasında çətinliklər yaratmağa yönəlib”, - deyə Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitə rəhbərinin müavini Frans Klintseviç bildirib.
Rusiya ilə ticarət əlaqəsi olan hökumət və şirkətlər məlumatlandırılıb
Prezidentin mətbuat katibi Dimitri Peskov isə hesabatı “birbaşa və aşkar şəkildə hər hansi bir fəaliyyəti seçkilərlə bağlamaq və ona təsir göstərmək cəhdi” adlandırıb. Peskov deyib ki, ABŞ-ın “Kreml hesabatı”na daxil edilmiş siyasətçilər və iş adamları faktiki, ABŞ-ın düşmənləri elan olunub. "RİA Novosti"nin məlumatına görə, Peskov deyib ki, bütün bunlar ABŞ-ın düşmənlərinə qarşı müqavimət haqqında qanuna əsasən edilir: “Əgər, siz mətni və bu sənədin başlığını oxusanız, görərsiniz ki, faktiki olaraq, həmin şəxslər ABŞ-ın düşmənləri adlandırılıb. Yanaşma belədir". O, siyahının yayılmasını görünməmiş hadisə adlandırıb, lakin eyni zamanda sənədi təhlil etmədən ona qiymət verməkdən çəkinib: “Sənədi hələlik anlamaq çətindir. Ona görə də üzərində işlənməlidir ki, hansısa motivasiyanın olub-olmaması və oraya daxil edilmə və ya edilməmənin səbəbləri araşdırılsın. Hələ ki, cavabdan çox sual var”. Senatın xarici işlər üzrə komitəsinin üzvü Ben Kardin özünün “Twitter” səhifəsində yazdıqlarından sonra bəlli olub ki, ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə əlaqədar məxfi brifinq keçirilib. Görüşdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun müzakirə olunub. Bundan əvvəl Dövlət Departamentinin rəsmisi bildirib ki, Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyalar bu ölkə ilə işgüzar əlaqədə olan digər ölkələrin şirkətlərinə toxuna bilər. Dövlət Departamentində bildiriblər ki, bununla bağlı Rusiya ilə ticarət əlaqəsi olan hökumət və şirkətlər artıq məlumatlandırılıb. Bu siyahı avtomatik olaraq həmin şəxslərə qarşı sanksiyaların tətbiqi demək deyil. Konqres siyahı və xüsusən də onun məxfi hissəsindəki məlumatlar əsasında bu şəxslərə qarşı ABŞ-a səyahət qadağası, ABŞ-dakı aktivlərinin, mal varlıqlarının dondurulması da daxil olmaqla, müxtəlif sanksiyalar tətbiq edə bilər. Eyni zamanda "qara siyahı"ya düşmək bu şəxslərin öz bizneslərini genişləndirmək imkanlarının məhdudlaşması mənasına gəlir.

“Bunlar münasibətlərimizi sıfıra endirə biləcək tədbirlərdir”
Rusiya prezidenti Vladimir Putin ABŞ Maliyyə Nazirliyinin "Kreml hesabatı" sənədinə münasibət bildirib. Səlahiyyətli nümayəndələri ilə keçirilən görüşdə Vladimir Putin ABŞ tərəfinin bu addımını dostcasına olmayan hərəkət adlandırıb: "Mən bu sənədi, siyahını görməmişəm. Səhər həmkarlarım məlumat verdilər, lakin siyahıya baxmadım. Bu sənəd və siyahı barədə ümumilikdə demək istədiklərim var. Biz sizinlə birlikdə daha çox özümüz haqqında düşünməliyik. İqtisadiyyatımızı, kənd təsərrüfatımızı, səhiyyəmizi, müdafiə qabiliyyətimizi inkişaf etdirməliyik. Məhz onda hansısa siyahı formalaşdırmağın heç bir mənası olmayacaq. Hədələmək, qorxutmaq - bunların heç biri olmayacaq. Rusiya daxili məsələləri ilə məşğul olmalıdır. O ki qaldı siyahıya, əslində, bizim hamımızı, yəni 146 milyonu hansısa siyahıya salıblar. Bunun niyə edildiyini anlamıram. Lakin sözsüz ki, bu, dostcasına olmayan aktdır. Bu addım onsuz da mürəkkəb vəziyyətdə olan Rusiya-ABŞ münasibətlərini daha da çətinləşdirir, ümumilikdə, beynəlxalq münasibətlərə böyük zərər vurur. Baxın, görün, nə axmaqlıq baş verir. Rusiyanı Şimali Koreya və İranla bir sıraya qoyurlar, eyni zamanda bizdən xahiş edirlər ki, Şimali Koreyanın nüvə probleminin həllində iştirak edək. Bu, bəyəm axmaqlıq deyil?" Rusiya prezidenti bu siyahını gözlədiklərini də vurğulayıb: "Gizlətməyəcəm, biz bu siyahını gözləyirdik. Cavab tədbirləri görməyə də hazır idik. Bunlar münasibətlərimizi sıfıra endirə biləcək tədbirlərdi. Lakin biz əks addımlar atmaqdan hələlik özümüzü saxlayırıq". Putin adının sanksiya tətbiq olunması üçün hazırlanan siyahıya düşməməsinə də münasibət bildirib. "Bu, mənə ağır gəlir", - deyə Rusiya lideri bu barədə suala zarafatla cavab verib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info