Strateji Yol xəritələrinin icrası üçün bütün resurslar səfərbər olunub
Tarix: 31.01.2018 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strateji Yol xəritələri üzrə bütün işçi qrupları ilə birgə müzakirələr aparıb. Müzakirələrdə Strateji Yol xəritələrilərinin icraçısı olan 40-dan çox dövlət qurumunun səlahiyyətli nümayəndəsi iştirak edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR-meneceri Zənurə Talıbova bildirib ki, müzakirələr zamanı Strateji Yol xəritələrinin icra vəziyyəti və planlaşdırılan tədbirlərin daha təfsilatlı müzakirəsi aparılib. İşçi qrupun üzvləri qarşıda duran vəzifələrin həlli ilə bağlı Prezident Administrasiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən suallarına aydınlıq gətiriblər. Qeyd edilib ki, kommunikasiyanın belə yüksək səviyyədə təşkili tapşırıqların daha rahat və səmərəli icrasına, digər tərəfdən isə sonrakı mərhələdə keçiriləcək monitorinq və qiymətləndirmə prosesinin inklüzivliyinin təmin olunmasına kömək edəcək. Prezidentin tapşırıqlarına uyğun olaraq Strateji Yol xəritələrinin vaxtında və keyfiyyətlə icrası üçün bütün resurslar mobilizasiya olunub. Məhz bunun nəticəsidir ki, qeyri-neft sektoru və ixracı böyüyür, tədiyə balansında müsbət saldo yaranıb, strateji valyuta ehtiyatları artır və makroiqtisadi sabitlik təmin olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir tərəfdən yeni iqtisadi inkişaf trayektoriyasına qədəm qoyur, digər tərəfdən isə transmilli layihələrin icrasında öncüllük edir. Strateji Yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün icraçı qurumlar və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında koordinasiya ən yüksək səviyyədə təmin olunub. Qeyd edək ki, 2016-cı il dekabrın 6-da dövlət başçısı tərəfindən təsdiq olunan "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Strateji Yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir. Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info