“TAP Cənub-Şərqi Avropada təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradacaq”
Tarix: 31.01.2018 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


“Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri Cənub-Şərqi Avropada təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradacaq”. Bu barədə TAP-ın kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres Avstriyanın paytaxtı Vyanada keçirilən XI Avropa Qaz Konfransındakı çıxışında deyib. O bildirib ki, TAP xüsusilə kömürə çox üstünlük verən Cənub-Şərqi Avropada təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradacaq. TAP və “Cənub Qaz Dəhlizi” karbon emissiyasının azaldılmasına və ətraf mühitə təsirin azaldılması hədəflərinə nail olmağa kömək edəcək. “TAP və “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyinə, diversifikasiyaya və dekarbonizasiyaya doğru addım atır. Ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq TAP Bolqarıstanın qaza olan tələbatının 40 faizini, Yunanıstanın tələbatının üçdə birini, İtaliyanın idxalının isə 12 faizini təmin etmək iqtidarında olacaq”, - deyə Ulrike Andres əlavə edib. Qeyd edək ki, TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla, ümumilikdə 65 faizi yekunlaşıb. Yanvarın ortasına boru kəməri marşrutu üzrə Yunanıstanda 518 kilometr ərazi təmizlənib, 473 kilometr boru xətt boyunca düzülüb, 457 kilometr boru qaynaqlanıb, 362 kilometr boru torpağa basdırılıb və 265 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib. Albaniyada isə boru kəməri marşrutu boyunca 168 kilometr ərazi təmizlənib, 163 kilometr boru xətt boyunca düzülüb, 157 kilometr borunun qaynağı tamamlanıb. Həmçinin bu ölkədə 133 kilometr boru torpağa basdırılıb və marşrut üzrə 116 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 687 kilometrlik ərazi, yəni 90 faizi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan əlavə, boruların 80 faizi qaynaq edilib, TAP-ın Yunanıstan və Albaniya marşrutunda isə torpaq örtüyünün 65 faizi əvvəlki vəziyyətinə gətirilib. Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. TAP-ın keçdiyi 3 ölkədə işçilər 61,5 milyon kilometr yol qət edib və 22,5 milyon nəfər-saat iş görülüb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info