Rusiya Ermənistanı faşizmi təbliğdə ittiham edib
Tarix: 31.01.2018 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


“Armenianreport.com”:
“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Qərbin haqlı mövqeyini nümayiş etdirir”

Qanı saxtakarlıqla yoğrulmuş erməni yalanının kökü qədimdir. Ermənilər həmişə yalanla, saxtakarlıqla özlərinə tarix düzəltməyə çalışıblar. Ermənilərin olduqca iyrənc hiyləgərliyini hətta onların ən böyük himayədarı olan Rusiyanın bir çox ziyalıları da dəfələrlə etiraf ediblər.
Ötən gün Rusiya Dövlət Dumasında faşizm əleyhinə keçirilən tədbirdə Ermənistanın adının hallanması ermənilərə yaman yer eləyib. “Armenianreport.com” saytında yer alan məqalədə qeyd edilir: “Ruslar bizim qəhrəmanlarımız arasında faşist axtarırlar, amma unudurlar ki, faşizm onların özlərində kök salmaqda davam edir”. Saytın yazdığına görə, Dövlət Dumasındakı tədbirdə iştirak edən Rusiya siyasətçiləri, ekspert və media nümayəndələri dəfələrlə Ermənistanı faşizmi təbliğ edən ölkələr arasında olduğunu göstərməyə çalışıblar: “Onların bəziləri İrəvanı Moskvanın strateji müttəfiqi olaraq göstərsələr də, guya bizim faşizm tərəfdaşına abidə qoyduğumuzu təhqir kimi qəbul edirlər. Artıq neçə müddətdir ki, Rusiyanın televiziya kanallarından da ermənilərə qarşı yalanlar səsləndirilir”. Erməni saytı bir qədər də irəli gedərək Rusiyanı dünyanı təhdid edən faşist dövləti adlandırıb: “Rusiyaya qarşı tətbiq edilən cari və gələcək sanksiyalar Qərbin haqlı mövqeyini nümayiş etdirir”. Erməni saytının iddiasına görə, Qareqin Njdenin "faşist" kimi tanıdılması erməni xalqı üçün böyük təhqirdir və bu təbliğatın arxasında dayanan təxribatçılar da bunu çox yaxşı bilirlər. Maraqlıdır ki, sayt əməkdaşı yalandan da olsa, “xox” gəlməyi də unutmur: «Artıq ermənilərin kimlə iş gördüyünü anlamağımızın vaxtı çoxdan çatıb. Bunu təkcə anlamaq yox, artıq fəaliyyətə keçməliyik. Azərbaycanı silahla təchiz edən Rusiyanın əməllərini səssizcə müşahidə etməyə davam etsək, Ermənistan yox olmaq təhlükəsi ilə üz-üzə qalacaq”. Faşist Qareqin Njdeni I Pyotrla müqayisə edən Eduard Şarmazanov isə nədənsə yaşananlarda Azərbaycanın barmağı olduğunu bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info