Soçidə Suriya Milli Dialoq Konqresi
Tarix: 31.01.2018 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoq Konqresi keçirilir. Rusiya, Türkiyə və İranın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Soçiyə 1511 nümayəndə gəlib. Konqres Dəməşq Ticarət-Sənaye Palatasının sədri Muhammad Taufikin sədrlik etdiyi plenar iclasla başlayıb. İclası Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıb. Konqresin təşkilat komitəsinin məlumatına görə, nümayəndələr Suriya, Cenevrə, Qahirə, Moskva və Ankaranın siyasi və sosial təbəqələrini, müxtəlif konfessiyalarını təmsil edirlər. Rusiya tərəfi Konqresə BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin, eləcə də İordaniya, İraq, Livan və Qazaxıstanın nümayəndələrini də dəvət edib. Tədbirin məqsədi BMT-nin himayəsi altında işləyəcək Konstitusiya Komissiyasının yaradılmasıdır. Suriya müxalifəti Soçi konqresinə qatılmayıb qərara alıb və konqresdə təmsilçilik səlahiyyətini Türkiyəyə verib. Ankaradan Rusiyanın Soçi şəhərinə gedən Suriyanın müxalifət heyəti hava limanında və konqres mərkəzində rejimə aid plakat və loqolar yerləşdirilməsi səbəbindən tədbirdə iştirakdan imtina edib. Konqresdə elan olunması gözlənilən Konstitusiya Komissiyasının yaradılması istiqamətində fəaliyyətin Türkiyə tərəfindən izlənəcəyi bildirilir. Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info