“Brexit”lə bağlı gizli hesabat mətbuata sızıb
Tarix: 31.01.2018 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


İngiltərədə hökumətin “Brexit”lə bağlı gizli hesabatı mediaya sızdırılıb. Bu barədə “BuzzFeed News” məlumat yayıb. Hesabata əsasən Böyük Britaniyanın vəziyyəti Avropa İttifaqından kənarda indikindən pis olacaq. “Aİ Çıxış Analizi – Cross Whitehall Brifinq”i adlanan və Aİ-dən Çıxış Departmenti üçün hazırlanan hesabatda ən çox ehtimal olunan üç “Brexit” ssenarisinin nəzərdən keçirildiyi bildirilir. Heç bir razılaşmanın əldə edilməyəcəyi ssenaridə analitiklər yaxın 15 ildə artımın mövcud proqnozlardan 8% aşağı ola biləcəyini bildiriblər. Böyük Britaniya Aİ ilə hərtərəfli sərbəst ticarət barədə razılığa gələ bilsə, eyni dövrdə artım 5% aşağı olacaq. Hesabata əsasən bu ssenarilərdən ən yaxşısı qəbul edilən “Britaniyanın Avropa vahid bazarında qalması” halında belə, iqtisadi artımın uzunmüddətli perspektivdə 2% azalacağı gözlənilir. Hesabat haqqında "Euronews"un sorğusuna cavab verən hökumət sözçüsü Aİ-dən çıxış müzakirələri və hazırlıqlarını dəstəkləmək üçün davamlı təhlil aparıldığını deyib. O bildirib ki, hökumət davam edən bu daxili çalışmaların hər hansı bir aspekti ilə əlaqəli şərh verməyə hazır deyil. "BuzzFeed"in məlumatına görə, sızdırılan sənəd iqtisadiyyatın demək olar ki, hər bir sektorunun bütün ssenarilərdə mənfi təsirə məruz qalacağını və Londonun maliyyə mərkəzi kimi statusuna ciddi şəkildə zərər dəyəcəyini göstərir




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info