Sumqayıt və Abşeronda turizm zonası yaradılacaq
Tarix: 31.01.2018 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


“Bu il Qəbələ şəhərinə dəmir yolunun çəkilişi başlanmalıdır. Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna da dəmir yolunun çəkilişi planlarımızda var”

Ötən 14 il ərzində ölkəmizdə bir çox sahələrin inkişafında dönüş yaranıb. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilib, bölgələrin hərtərəfli inkişafı üçün məqəsədəuyğun tədbirlər görülüb və böyük nəticələr əldə edilib. Ölkəmiz üçün prioritet olan turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bugün turistlərin sayı getdikcə artır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bu sektorun daha da inkişafı ilə bağlı yeni layihələrin reallaşdırılmasına ehtiyac olduğunun bildirib: “Turizm sektorunun inkişafını nəzərə alaraq, bu il Qəbələ şəhərinə dəmir yolunun çəkilişi başlanmalıdır. Çünki Qəbələ Bakıdan sonra ölkəmizin ikinci turizm mərkəzidir və beynəlxalq turizm mərkəzinə çevrilir. Vaxtilə biz Qəbələdə beynəlxalq aeroport inşa etdik. Bu gün bu beynəlxalq aeroport müxtəlif ölkələrə uçuşları təşkil etmək imkanı yaradır. Əgər onu vaxtında tikməsəydik, bəlkə Qəbələyə bu qədər turist gəlməzdi. Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna da dəmir yolunun çəkilişi planlarımızda var. Eyni zamanda, yeni, müasir vaqonlar, lokomotivlər alınacaq və beləliklə, dəmir yolu infrastrukturu tam müasirləşəcək”. Ölkə başçısı onu da bildirib ki, turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var və bunu özəl sektor etməlidir: “Özəl sektor əlbəttə ki, hər şeyi yaxşı bilir. Bilir ki, haraya, nə vaxt sərmayə qoymaq olar. Ancaq rəqəmlər də kifayət qədər yaxşı mənzərə yaradır. Təkcə keçən il gələn turistlərin sayı beş minə yaxın artıb. Əminəm ki, bu il də artım olacaq. Ona görə turistlər də gözəl yollardan, aeroportlardan istifadə edirlər. İndi sürətli qatarlarımız olacaq, onlardan istifadə edəcəklər. Bölgələrə daha da çox turist gələcək. Ona görə hesab edirəm ki, bölgələrdə otellərin tikilməsi üçün yaxşı biznes imkanları var və bunu özəl sektor öz üzərinə götürməlidir”.

“Bu il də turizm sahəsində inkişaf qeydə alınacaq"

Mədəniyyət və turizm naziri ƏbülfəsQarayevin Xırdalanda vətəndaşları qəbul edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarının sakinləri iştirak edib.Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib. Vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.Sumqayıt sakinləri regionda fəaliyyət göstərən turizm obyektləri haqqında məlumat bazasının yaradılmasını xahiş ediblər. Xızı sakinləri isə rayonda turizmyönümlü peşə məktəbinin yaradılması ilə bağlı müraciət ediblər.
ƏbülfəsQarayev ölkə başçısının tapşırığı ilə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb: “Bildiyiniz kimi, hər ay ölkəmizin müxtəlif bölgələrində vətəndaşlarla görüşlər keçirilir. Onlar tərəfindən maraqlı təkliflər, müraciətlər səsləndirilir. Belə görüşlər ümumi işimizə, fəaliyyətimizə öz təsirini göstərir. Bugünkü qəbulda da bir sıra maraqlı təkliflər səsləndirildi. Sumqayıt şəhərində əl işləri festivalının keçirilməsi, musiqi məktəblərində yeni tədris sisteminin, kitabxanalarda yeni texnologiyaların tətbiqi kimi məsələlər diqqətə çatdırıldı”.
Regionlarda turizmin inkişaf etdirilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu deyən ƏbülfəsQarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirildiyini deyib: "Çox sevindirici haldır ki, Sumqayıt və Abşeron bölgəsi artıq turizm baxımından əlverişli məkana çevrilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, turizm sənayesinin inkişafı və digər lazımi infrastrukturun yaradılması təmin olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu bölgədə turizm zonasının yaradılması istiqamətində iş aparılır. Xarici mütəxəssislər cəlb olunub, müvafiq layihə hazırlanmaqdadır. Layihənin yay aylarına qədər hazır olması nəzərdə tutulur".
Nazir qeyd edib ki, yaxın günlərdə yanvar ayının turizm statistikası elan olunacaq: "Müşahidələr göstərir ki, bu il də turizm sahəsində inkişaf qeydə alınacaq"

Qarın yağması Qusara gələn turistlərin sayını 3-4 dəfə artırıb
Son illər turizmin inkişaf etdiyi bölgələrdən biri Qusar rayonudur. Şimal bölgəsinə qarın yağması bölgəyə gələn turistlərin sayına ciddi təsir edib. Son üç gündə Qusar rayonuna adi günlərlə müqayisədə 3-4 dəfə çox turist gəlib.Qusar Turizm İnformasiya Mərkəzinin məlumatına görə, rayondakı otel və qonaq evlərinin 90 faizi əvvəlcədən sifariş edilib. Yerli turistlərin sayının çoxalmasına səbəb rayonun ağ örpəyə bürünməsi ilə yanaşı, hazırda təhsil müəssisələrində qış tətilinin olmasıdır.Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzinə gələn qonaqların sayında da artım müşahidə olunur. Turizm Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva bildirib ki, kompleks həftəiçi hər gün 600-1000 arası qonaq qəbul edir. Şənbə-bazar günlərində isə bu rəqəm 2500-3500 nəfərədək yüksəlir.Otellərdə yer tapa bilməyən turistlər isə ev turizmi ilə məşğul olan yerli sakinlərə müraciət edirlər. Qusarda evlərin bir gün üçün kirayə qiyməti şəraitindən asılı olaraq 20-100 manat arasında dəyişir. Mərkəzdə qeydiyyatdan keçən bu evlərin bir çoxunda qonaqlara ödəniş müqabilində gündə 3 dəfə yemək təqdim olunur.Turizm İnformasiya Mərkəzindən bildirilib ki, rayona gələn əcnəbi turistlər arasında Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olanlar üstünlük təşkil edir. Xarici qonaqlar ekoturizmə daha çox maraq göstərirlər.
Havanın qarlı, məktəblilərin də qış tətilində olması səbəbindən hələ yaxın bir neçə gündə də bölgəyə turist axınının olacağı proqnozlaşdırılır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info